Bakıda bu binalar təhlükə mənbəyidir – VİDEO

13.02.2023 - 14:07

Türkiyədə dağıdıcı zəlzələdən sonra çoxmərtəbəli yaşayış binalarının təhlükəsizliyi mövzusu aktuallaşıb. Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və tələfat bir o qədər çox olar.

Cumhuriyyet.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzərxəbər”ə müsahibəsində 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyətində ara məsafəsinə əməl edilmədiyini bildirib.

Ekspert qeyd edir ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.

Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır. Digərindən cəmi bir neçə metr aralıda inşa edilən onlarla binanın həyətində cəmi bir avtomobil keçəcək qədər məsafə qoyulur. Bu isə fəlakət anında əraziyə girişi də tamamilə bloklamış olur.

Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə vətəndaşlar daha çox həyət evləri almağa üstünlük verəcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187946

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930