Qazaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub
Fevralın 13-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 11-ci ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü qeyd olunub.
Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olub, əziz xatirəsini böyük ehtiramla anıblar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik. Arzu Rəhimov başda olmaqla, Xidmətin, eləcə də Qazax Rayon Şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Qarşılıqlı əməkdaşlığa görə hüquq-mühafizə orqanlarının rəhbərlərinə razılığını ifadə edib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin şəxsi heyətinin bundan sonra da Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyini hər zaman davam etdirəcəyini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərb quruculuğu prosesinə layiqli töhfələr verərək dövlətçiliyə daha sədaqətlə xidmət edəcəyini bildirib.
Qeyd edək ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ötən 11 il ərzində qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmişdir. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, onların Silahlı Qüvvələr sıralarına hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırışın və səfərbərlik hazırlığı işinin təşkili sahəsində qazanılmış mühüm nailiyyətlər verilmiş tapşırıqların əzmlə icra edildiyini sübut edir. Xidmət yarandığı ilk gündən etibarən Respublika Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrimizin quruculuğu sahəsində müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşdur. Xüsusən də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq Sərəncamından irəli gələn vəzifələrin mütəşəkkil qaydada icrasının təmin edilməsi Xidmətin şərəfli tarixində parlaq nailiyyət kimi yadda qalacaqdır. Ölkə rəhbərliyi tərəfindən müxtəlif zamanlarda şəxsi heyətin dövlət təltifləri ilə mükafatlandırılması qarşıya qoyulmuş vəzifə və tapşırıqların şəxsi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunmasına verilmiş ali qiymətin təzahürüdür.
Short URL: http://www.cumhuriyyet.net/?p=187985