Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.2023 - 23:54
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

Mediaxeberleri.Az xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir.

Günün əhəmiyyəti ilə əlaqədar Ağstafa rayonu ərazisində kitab bağışlama aksiyası təşkil olunub. Aksiya çərçivəsində kitaba marağı olanlar park ərazisində qurulmuş stendə yaxınlaşıb kitablarla tanış olublar. Daha sonra seçdikləri kitab onlara hədiyyə edilib. Aksiyanın keçirilməsində məqsəd kitaba olan marağın artırılmasıdır.

Məlumat üçün bildirək ki, aksiya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyi və “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatşılığı ilə baş tutub.

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188123

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930