Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır

15.02.2023 - 16:22

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və Azərbaycan Hava Yolları QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy – NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb.
Bu barədə Cumhuriyyet.az-a AZAL-dan məlumat verilib.
Məlumata görə, bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək. Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilmiş bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcək.
Eyni zamanda, birgə fəaliyyət Azərbaycanın milli iqtisadiyyatının inkişafına və aviasiya sektorunun rəqabət qabiliyyətliliyinə dəstək olacaq. Bu əməkdaşlıq hava nəqliyyatının dayanıqlı inkişafının qlobal məqsədlərinə nail olmağa kömək edəcək. IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80 % artacağı gözlənilir.
Bununla əlaqədar, hava hərəkətinin həcmi də eyni templə artacaq. Məsələn, artıq bu gün Azərbaycanın hava məkanında tranzit trafikin artımının yüksək dinamikası müşahidə olunur. Uçuşların təhlükəsizliyinin təmin edilməsi, xərclərin idarə edilməsi, CO2 emissiyalarının və məsrəflərin azaldılması ilə yanaşı hava daşımalarına artan tələbatın ödənilməsi Azərbaycanda hava məkanının strukturunun və hava hərəkətini idarəetmə (HHİ) sisteminin daha da müasirləşdirilməsini tələb edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188161

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930