Ərdoğan müxalifətçilərdən yalnız onunla görüşdü – VİDEO
Xəbər verdiyimiz kimi, 84 yaşında dünyasını dəyişən Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykal ötən gün Ankarada dəfn edilib.
Cumhuriyyet.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, mərasimə qatılanlar arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.
Tədbirdə dövlət başçısının Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Gələcək Partiyasının lideri Əhməd Davudoğlu ilə deyil, Məmləkət Partiyasının rəhbəri Məhərrəm İncə ilə əl-ələ görüşərək onun yanında dayanması diqqət çəkib.
Xatırladaq ki, Deniz Baykal fevralın 11-i Ankarada evində dünyasını dəyişib. O, 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin müavini vəzifələrində çalışıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=188171