Mübariz Mənsimovdan 25 milyon yardım- 30 gün ərzində prefabrik evlər də hazır olacaq
Palmali Holding” Türkiyədə baş verən və minlərlə insan təlafatına səbəb olan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılmasında ilk gündən yaxından iştirak edir. Təbii fəlakətdən ötən 10 gün ərzində “Palmali Holding”in prezidenti Mübariz Mənsimovun başlatdığı yardım kampaniyasının dəyəri artıq 25 milyon türk lirəsini aşıb.
Dəstək kampaniyasının davamı olaraq, zəlzələ nəticəsində evsiz qalan ailələr üçün çadır kəndi qurmaq məqsədilə “Palmali Holding”in İstanbuldakı könüllülərdən və şirkətin bir qrup əməkdaşından ibarət növbəti dəstə fəlakət bölgəsinə doğru yola çıxıblar. Yolasalma mərasimində Mübariz Mənsimovun özü şəxsən iştirak edib.
Bu qrupun missiyası fəlakət bölgəsində “Palmali” çadır şəhərciyini qurmaqdan ibarət olacaq. Bunun üçün artıq zəlzələ bölgəsində xüsusi yer də ayrılıb. Bundan əvvəl bölgəyə yollanan iki dəstə isə zərərçəkmişlərin qidalanmasına və ehtiyaclarının qarşılanmasına kömək edirlər.
Bundan başqa, azərbaycanlı iş adamı Mübariz Mənsimov evsiz qalan insanlar üçün Çindən prefabrik evlər sifariş edib. Həmin evlər 30 gün ərzində Türkiyəyə gətiriləcək və yaşayış məntəqəsi salınaraq ehtiyac sahiblərinə təqdim olunacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=188244