Zakir Fərəcov-Adil Xudadatov birliyi çat verir: baş memar özünün təbliğatına başlayıb

16.02.2023 - 11:11

Müvafiq dövlət qurumlarının illik hesabatlarını təhlik etsək görərik ki, rayon icra hakimiyyətlərinin əksəriyyətinin fəaliyyəti Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin tamamilə zədələnməsinə və sosial narazılıqların siyasi etirazlar müstəvisinə daşınmasına yönəlib. Təsadüfi deyil ki, bir çox icra hakimiyyətlərinin sistemsiz, bərbad və antixalq fəaliyyəti zaman-zaman yerli medianın da əsas manşet mözvuzuna çevrilib. Hazırda Azərbaycanda icra başçıları qədər xalqın qəzəb nöqtəsinin ortasına düşən ikinci bir məmur heyəti yoxdur. Ölkə mediasında Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bağlı bu günə qədər minlərlə fakta, sübuta əsaslanan materiallar dərc olunub, bu icra sisteminin vəzifəli şəxslərinin qanunsuz əməlləri müxtəlif dəlillərlə icitmailəşdirilib, bir tərəfdə sürətlə yoxsullaşan Sumqayıt əhalisinin, digər tərəfdə isə, daha böyük sürətlə varlanan icra hakimiyyətinin vəzifəli şəxslərinin həyat tərzinə güzgü tutulub. Amma yırtıcı məmurlar özlərinin bu güzgüdə görmək istəmirlər, bir çox hallarda isə özlərini düzəltmək əvəzinə vurub güzgünü sındırırlar.
Məsələn, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri- Baş memar Adil Xudadatov kimi… Azərbaycanda rüşvətxor, imici zədələnmiş, fəaliyyəti pul altında “preslənən” məmur heyətinin tipik obrazı! Elə ən ciddi problemlərdən biri də budur: ölkədə çox yaxşı həkim, jurnalist, dülgər, müəllim və s. yetişdirə bilərik, amma heç vaxt çox yaxşı kadr yetişdirə bilmirik. Mənzərə belədir: xalqla dövlət arasında körpü rolunu oynamalı olan icra hakimiyyətlərinə təyin edilən vəzifəli şəxslərin bir çoxu milli mənəvi keyfiyyətlərdən uzaqdırlar. Onların hədəfləri də bəllidir: bütün fəaliyyət istiqamətlərini yalnız pul qazanmağa, mal-mülk sahib olmağa yönləndirmək. Sumqayıt Cənubi Qafqazın ən böyük sənaye şəhərlərindən biridir, orada 347 minə yaxın insan yaşayır, eyni zamanda dini-siyasi baxımdan Azərbaycanda ən həssas nöqtələrdən biridir. Adı bütün günü çayxanaların alış-veriş mövzusunun əsas predmetinə çevrilən, şəhər icra hakimiyyətini bazar piştaxtasına daşıyan, torpaq alveri ilə məşğul olan bir şəxsi belə bir həssas rayona hansı əsasla baş memar təyin ediblər? Bu adam nəyi qurub-yaradacaq? Puldan heykəlmi?
Dövlətimiz və xalqımızı üçün ən böyük dəhşət də elə budur: əvəllər “Kamaz” sürücüsü işlədiyi deyilən A.Xudadatov indi ölkənin ən böyük 3 şəhərindən birinin əsas idarəçilik sükanlarından birinin arxasına keçib. Rul əlindədir! O, bir gün mütləq qəza edəcək, amma Allah bu qəzanın fəsadlarından onu yox, Sumqayıtı və onun əhalisini qorusun!
Qanunsuz əməllərini iş otağında yox, kənar hücrələrdə həyata keçirən A.Xudadatov Azərbaycan hüquq-mühafizə orqanlarının kameralarının gözündən yayındığını düşünür. Və bir gün bu adamın həbs edilən icra başçıları və onların müavinləri kimi xarici ölkələrdə otellləri, mənzilləri ortaya çıxacaq. Qarabağın dirçəldilməsi, orada təhlükəsiz həyat şəratinin qurulması üçün Prezident İlham Əliyev bütün zəruri addımları atmaqdadır. Hazırda işğaldan azad edilən ərazilərdə sürətlə bərpa işləri həyata keçirilir. Amma müharibə vaxtı öz yaxınlarını döyüşdən yayındıran A.Xudadatov kimilər müharibədən sonra da öz mənfur əməllərini davam etdirməkdədirlər. İş adamlarından “Qarabağın bərpasına yuxarıdan pul istəyirlər” bəhanəsi ilə pul yığan bu adamın məqsədi dövlətin nəcib addımlarına kölgə salmaqdır. Adil Xudadatov, əgər daha da varlanmaq istəyirsənsə, bunun üçün dövlət başçısının adından istifadə etmək, minlərlə insanın tökülən qanı hesabına azad etdiyimiz Qarabağı hədəf seçmək məmur və vətəndaş əxlaqına sığırmı?
Cəzasızlığın nəticəsidir ki, uzun müddətdir adı ölkə mediasından düşməyən, Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət onun müavini olan və tez də postunu itirmiş, indisə İH-də Memarlıq şöbəsində çalışan Adil Xudadatov karyera yüksəlişi həvəsindədir. Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır. Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur. Amma Xudadatov əl-ayağa düşüb və xəbərlərə görə, özü haqda kristal reputasiya yaratmağa çalışır. Buna görə də baş memar haqqında dərc olunan tənqidi yazıları aradan qaldırmaqla özünü təriflətmək yolunu tutub. Maraqlıdır ki, icra başçısı Zakir Fərəcov haqqında tənqidləri görməzdən gələn Xudadatov ancaq özünün reputasiyasını qorumağa çalışır.  Məlumatlı mənbənin sözlərinə görə Z.Fərəcovla bağlı narazılıqların yaranmasında da Xudadatovun xüsusi marağı var.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188252

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930