Zakir Fərəcovun aldatdığı sahibkarlar kütləvi aksiyaya hazırlaşır: Prezident Administrasiyasına yürüş edəcəklər

20.02.2023 - 09:44

Sumqayıt şəhərinin abadlaşdırılması prosesində iştirak ebən bir qrup sahibkar günlərdə Prezident Administrasiyası binasının önünə yürüşə hazırlaşır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, sahibkarların bu aksiyanı təşkil etməkdə məqsədləri Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun onları aldatmasına etiraz bildirməkdir.
Məsələ burasındadır ki, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400-ə yaxın fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı illərdir davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər.
Surəti cumhuriyyet.az-a daxil olan müraciətdə deyilir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov nəinki borcu geri qaytarmır, üstəlik, onları təhdid etməyi davam etdirir. Onu da bildirək ki, Z.Fərəcov və onun qaranlıq işlərinin əsas icraçısı olan A.Xudadatovun qanunsuz əməlləri ilə bağlı mediada indiyə qədər onlarla, bəlkə də yüzlərlə məqalə dərc edilib. Sahibkarlar bildirir ki,”Biz dəfələrlə Zakir Fərəcova və ölkənin yuxarı instansiyalarına müraciət edərərk öz haqqımızı tələb etməyə cəhd göstəmişik və hər dəfəsində Zakir Fərəcov Adil Xudadatovu qabağa verərək bizi aldatmağa çalışır”.
Sahibkarlar bu süründürməçiliklə bağlı dəfələrlə icra başçısına müraciət edib. Zakir Fərəcov hər dəfə onlara problemin tezliklə həll ediləcəyini desə də, heç bir nəticəsi olmayıb. Sahibkarlar başçının bu cür davranışından bir neçə dəfə Prezident Administrasiyasına, Prezident İlham Əliyevin özünə də yardım üçün müraciət ediblər. Lakin bunun da xeyiri olmayıb. Bu səbəbdən 66 sahibkar daha kütləvi aksiya təşkil edib problemlərinin həlli üçün konkret addım atılmasını tələb etmək niyyətindədirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930