Laçında SOCAR-ın yanacaq stansiyası istifadəyə verildi

20.02.2023 - 11:24

İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə SOCAR Petroleum QSC Laçın şəhərində “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verib.

Cumhuriyyet.az xəbər verir bu ki, bu barədə “SOCAR Petroleum” məlumat yayıb.

Bildirilir ki, modul tipli YDS Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub. Aİ-92 markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışının həyata keçiriləcəyi stansiyada 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 2 kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb.

“SOCAR Petroleum”un məlumatına görə, eyni zamanda, son dövrlər ölkəmizdə elektrik mühərrikli avtomobillərə olan marağın sürətlə artmasını nəzərə alaraq, Laçında istifadəyə verilən modul tipli YDS-də elektromobillərin şarj olunması üçün avadanlıqların quraşdırılmasına start verilib.

Hazırda Şuşa şəhəri, Ağdam, Qubadlı (Eyvazlı kəndi) və Xocavənd (Hadrut qəsəbəsi) rayonlarında SOCAR brendli YDS-lər fəaliyyət göstərir. Laçın şəhərində fəaliyyətə başlayan YDS isə Şərqi Zəngəzur iqtisadi rayonunda istifadəyə verilən SOCAR brendli ikinci stansiyasıdır. Bununla da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında SOCAR brendli YDS-lərinin sayı 5-ə, ümumilikdə isə ölkə ərazisində 45-ə çatdırılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188465

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031