“Qaçqınkom”da yoxlamalar başlayır – Rövşən Rzayevin karyerasının sonu yaxınlaşır
Qaqçınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) yoxlamalar başlayıb. Bu barədə Reportyor.info-ya daxil olan məlumatda iddia edilir ki, yoxlamalar komitənin sədri Rövşən Rzayevin fəaliyyət dövrünü əhatə edir. Rövşən Rzayev 2018-ci ildən “Qaçqınkom”a rəhbrəlik edir. O, islahatlar kampaniyası çərçivəsində Əli Həsənovun yola salınmasından sonra bu vəzifəyə təyin edilib. Amma deyəsən ümidləri doğrultmayıb. Ona görə də yoxlamalara zərurət yaranıb.
Məlumatda iddia olunur ki, yoxlamalar bitdikdən sonra Rövşən Rzayevin, eyni zamanda “Qaçqınkom”um taleyi ilə bağlı qərar veriləcək. Bildirilir ki, qurumun ləğvi gözlənilir. Daha doğrusu, artıq Azərbaycan torpaqlarını işğaldan azad etdiyinə və Qarabağa qayıdışa start verildiyinə görə “Qaçqınkom”a ehtiyac görülmür. Onun bazasında Qarabağa kütləvi köçün təmin edilməsi ilə bağlı müvafiq qurum yaradıla bilər.
Rövşən Rzayevin isə kareyrasını başqa sahədə davam etdirib-etdirməyəcəyi bəlli deyil. Bəzi məlumatlara görə, “Qaçqınkom”un ləğvi Rövşən Rzayevin də karyerasının sonu ola bilər. Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla qohumluq əlaqələrinin olduğu iddia edilir və ehtimal olunur ki, bu, onun da hakimiyyət komandasındakı etimadının zədələnməsinə səbəb olub. Hər halda Vasif Talıbovla bağlı baş verənlər göstərir ki, hakimiyyət ona və ətrafına qarşı barışmaz mövqe tutub. Talıbovdan sonra müxtəlif vəzifələrdə təmsil olunan yaxın ətrafının da işdən çıxarılması göstərir ki, bu proses keçmiş “xan”a yaxın olan digərləri ilə bağlı da davam edəcək.
Bu arada yoxlamalar zamanı “Qaçqınkom”un keçirdiyi tenderlərin də ciddi araşdırılcağı deyilir. Rövşə Rzayev bu məsələdə “ilişə” bilər. Çünki yerli mediada komitənin keçiridyi tenderlərlə bağlı mənfi tonda yazılmış xeyli material var.
Reportyor.info
Short URL: http://www.cumhuriyyet.net/?p=188471