Bakı Apellyasiya Məhkəməsi Alqış Musayevin şikayətini təmin etməyib

20.02.2023 - 13:59

İkinci instansiya da tanınmış jurnalist Qaşqay Ziyəddinoğlunun əmək hüquqlarının pozulduğunu təsdiqləyib

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Qaşqay Ziyəddin oğlu Ramazanov qanunsuz olaraq işdən çıxarıldığı iddiası ilə Yeni Azərbaycan Partiyasının rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetini məhkəməyə vermişdi. 30 noyabr 2022-ci il tarixində jurnalistin iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Q.Ziyəddinoğlunun işdən azad edilməsi haqqında əmrin ləğvi, işə bərpa olunması və isburaxma dövrü üçün əməkhaqqının tam ödənilməsi barədə qətnamə çıxarılmışdı. Bununla razılaşmayan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev tutduğu vəkil vasitəsilə Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi.

Qaşqay Ziyəddinoğlunun verdiyi məlumata görə, “Yeni Azərbaycan” qəzetinin Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayətinə 20 fevral 2023-cü ildə baxılıb. Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçirilən baxış iclasında iddiaçı və cavabdeh tərəflə yanaşı, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi də iştirak edib. Cavabdeh tərəfin vəkili Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğvini xahiş edib. İddiaçı Qaşqay Ziyəddinoğlu isə işdən qanunsuz azad edildiyini sübut edən sözügedən qətnamənin ədalətli olduğunu bildirib. Üçüncü tərəfin nümayəndəsi də Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddiaçı Qaşqay Ziyəddin oğlu Ramazanovun əmək hüquqlarının pozulduğunu təsdiq etdiyini bildirib.

Müşavirədən sonra iclasın sədri Məhəmməd Rüstəmlinin elan etdiyi qərara əsasən, Bakı Apellyasiya Məhkəməsi “Yeni Azərbaycan” qəzetinin apellyasiya şikayətini təmin etməyib və Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsini qüvvədə saxlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188486

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930