Sabahın hava PROQNOZU

21.02.2023 - 13:17

Azərbaycanda fevralın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya XidmətindənCumhuriyyet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=188544

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930