Nazirlik rəsmisi: “Laçında 40 faydalı qazıntı yatağı mövcuddur” – FOTO

22.02.2023 - 20:27

“Laçında 40 faydalı qazıntı yatağı mövcuddur və faydalı qazıntıların istismarı zamanı təbiətə dəyən ziyanın minimuma endirilməsi üçün monitorinqlər aparılır”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Azər Şükürov deyib.

Aprel ayının 5-də növbəti hərracın keçiriləcəyini qeyd edən qurum rəsmisi əlavə edib ki, işğaldan azad edilən ərazilərdə olan yataqların koordinatları ANAMA-ya təqdim edilib ki, həmin ərazilərə giriş icazəsi verilsin:

“Yeni istehsal sahəsi qurmaq istəyən hər bir sahibkara qapımız açıqdır. Faydalı qazıntı yataqları koordinatları, onların kimyəvi tərkibi və bir sıra başqa detallarla bağlı sahibkarları məlumatlandıra bilərik. Laçın əsasən tikinti materialları, əhəng daşı, üzlük daşı, yarımqiymətli daş yataqları, eyni zamanda civə yataqları ilə zəngindir”, – A.Şükürov əlavə edib.(report)

Short URL: http://www.cumhuriyyet.net/?p=188637

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930