Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq
Azərbaycanla Pakistan arasında rəqəmsal inkişaf sahəsində təlim mərkəzləri yaradılacaq.
Cumhuriyyet.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün tviter hesabında yazıb.
Nazir bildirib ki, Pakistan İslam Respublikasının İnvestisiyalar üzrə Şurasının federal naziri Çaudri Salik Hüseyn və neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə görüşdə Azərbaycanla Pakistan arasında nəqliyyat, İKT və innovasiyalar sahəsində əməkdaşlığa dair məsələləri müzakirə olunub.
Görüşdə iki ölkə arasında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit daşımaların həyata keçirilməsi, hava nəqliyyatı ilə sərnişin daşımaların artırılması və rəqəmsal inkişaf sahəsində təlim və inkubasiya mərkəzlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=188639