VHP-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

26.02.2023 - 11:38

Vətəndaş Həmrəyliyi Partiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Ermənilərin rus hərbi birləşmələrinin köməyi ilə 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dinc insanlara – uşaqlara, qadınlara, qocalara qarşı, yalnız etnik mənsubiyyətlərinə görə törətdikləri qətliamdan 31 il ötür. Xocalı soyqırımı tarixi Azərbaycan torpaqlarında məskunlaşaraq özlərinə dövlət yaratmış ermənilərin Azərbaycan xalqına qarşı bəslədikləri tarixi düşmənciliyin təkzibedilməz sübutudur. Eyni zamanda bu soyqırım aktı yüz il bundan öncə ermənilərin Azərbaycanda törətdikləri genosid faktının davamıdır. Ermənilər özlərinin beynəlxalq cinayətlərini uydurma erməni soyqırımı adı altında ört-basdır etmək, dünya ictimaiyyətini aldatmaq və Azərbaycan xalqının tarixi əraziləri hesabına özlərinə dövlət yaratmaq məqsədi güdmüş və bu məqsədə çatmaq üçün terror və genosid faktları daxil olmaqla ən iyrənc vasitələrə əl atmışlar.
Bu faciə bəşəriyyətə qarşı cinayət aktı kimi “Xolokost”, “Qolodomor” və s. genosid aktlarına bərabərdir.Xarici jurnalistlərin və nüfuzlu beynəlxalq medianın münasibətindən də görünür ki, Xocalıdan əsrin ən dəhşətli soyqırımlarından biri həyata keçirilmiş, dinc, silahsız, köməksiz əhali xüsusi amansızlıq və qəddarlıqla qətlə yetirilmişdir. Statistik rəqəmlərə görə, bu soyqırımda 613 nəfər amansızcasına qətlə yetirilib. Onlardan 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq və 70 nəfəri ahıl insanlar olub. 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 25 uşaq hər iki valideyinini, 130 uşaq bir valideyinini itirib, 76 azyaşlı körpə şikəst edilib, 1275 nəfər girov gbtürülüb, 150 nəfər itgin düşüb və 1000 nəfər güllə yarası alıb. 10 yaşayış məntəqəsi dağıdılaraq talan edilib və 2 tarixi abidə məhv edilib. Lakin itkin düşənlərin və sonradan taleyi bəlli olmayan girovların da dəhşətli işgəncələr altında qətlə yetirildiklərinə heç bir şübhə ola bilməz. Qətliamdan 31 il ötməsinə baxmayaraq, dünya dövlətləri hələ də bu soyqırıma hüquqi qiymət verib, onu azərbaycanlılara qarşı törədilən genosid kimi tanımamışlar. Halbuki, bu qırğınlar zamanı Cenevrə konvensiyası, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) 2, 3, 5, 9 və 17-ci maddələri, o cümlədən «Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıiəsi» Bəyannaməsi (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) kobud surətdə pozularaq insanlığa yaraşmayan qəddarlıq nümayiş etdirilmişdir. Çox təəssüf ki, dünya uzun illər həm Xocalı soyqırımına, həm də Azərbaycan torpaqlarının işğalına göz yumdu. İyirminci əsrin ən böyük genosid hadisəsi olan Xocalı soyqırımını törətməklə ağır bəşəri cinayətə yol verdiklərinə görə ermənilər, əslində bu bölgədə beynəlxalq hüquqdan hər hansı bir qaydada yararlanmaq haqlarını itirmişdirlər. Ərazi bütövlüyümüzün təminatı və işğalçının cəzalanması Azərbaycan xalqının milli birliyinə güvənən qəjhrəman ordumuz sayəsində həyata keçirildi.
Bu gün biz Xocalı faciəsinin ağrısını düşmənə layiqli cavabını vermək və torpaqlarımızın azad olunması təskinliyi ilə qeyd edirik. Vətəndaş Həmrəyliyi Partiyası faciə qurbanlarının xatirəsini yad etməklə yanaşı bildirir ki, dünya birliyi erməni faşizminə gərəkən qiyməti verməlidir. Xocalı soyqırımına beynəlxalq təşkilatların və dünya dövlətlərinin obyektiv münasibəti meydana çıxmayınca və ermənilərin Xocalıda xalqımıza qarşı soyqırım həyata keçirməsi rəsmən tanınmayınca erməni faşizminin Qafqazda sülhə qarşı təhdidi bitməyəcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188922

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930