Azərbaycan Bütövlük Platforması Xocalı soyqırımını qeyd etdi

26.02.2023 - 19:29

Azərbaycan Bütövlük Platforması
Xocalı soyqırımının 31 – ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirib.Tədbir bütün şəhidlərimizin ruhuna sayğı duruşu və dövlət himninin səslənməsi ilə başladı.
Giriş sözü ilə danışan ABP sədri Bəhram İsmayıl Xocalı soyqırımındakı itkilərimizi və soyqırım haqqında düşüncələrini qısaca açıqlayaraq, məruzə üçün sözü “Pressklub”un aparıcısı Kamran Həsənliyə verib.
Geniş məruzə ilə çıxış edən Kamran Həsənli Xocalı soyqırımını daha çpx hərbi faciə kimi səciyyələndirib.
Kamran Həsənli baş verən soyqırımda Rusiyanın rolunu xüsusi olaraq qeyd etdi və bu soyqırımdan içimizə qapanmayaraq, ciddi nəticələr çıxarılmalı oldugunun vacibliyuni vurğuladı.
Növbəti məruzə ilə “Xocalı İctimai Birliyi”nin sədri Səriyyə Müslümqızı çıxış edib. Səriyyə Müslümqızı Xocalı soyqırımında Rusiyanın, xüsusən 366 – cı alayının 51 zabit-gizirinin rolundan danışdı.
Hadisələrin birbaşa iştirakçısı olan Səriyyə xanım baş verən soyqırımın detallarını tədbir iştirakçılarının diqqətinə çatdırub.
Növbəti məruzə üçün söz ” Türküstan” saytının baş redaktoru Aqil Camala verilib. Özündən əvvəlki məruzələrə münasibət bildirən Aqil Camal baş verən soyqırımda erməni faktorunun kiçildilməsinin zərərli olduğunu vurğuladı və Xocalı soyqırımını erməniliyə qarşı ideoloji savaşda çox ciddi faktor adlandırdı.
İstər Türkiyəyə, istər Azərbaycana qarşı zaman- zaman yersiz və haqsız idialarda bulunan ermənilərin rusların arxasında gizləndiyini vurğuladı.
Daha sonra çıxış edən AXP sədri Pənah Hüseyn Xocalı soyqırımına həsr olunan dövlət tədbirlərinin hətda 44 günlük savaşdan sonra da Bakıda keçirilməsindən təəssüfünü bildirdi və bu tədbirlərin artıq Xocalıda keçirilməsinin vacibliyini vurğulayıb. P.Hüseyn Azərbaycan dövlətinin Xocalı soyqırımı ilə bağlı qanun qəbul etməli olduğunun zəruriyilini qeyd edib.
Sonra çıxış edən Milli İstiqlal Partiyasından Vidadi Bəşirov, tarixçi-alim, ABP İH – nin üzvü Gülşən Məmmədoğlu, TQTK sədri İbrahim Xəlil Balayoğulları bəy və başqaları Xocalı soyqırımı və çıxarmalı olduğumuz nəticələr haqda danışdılar.
Sonda ABP adından bir sıra təkliflərin hazırlanıb hökümətə təklif edilməsi ilə bağlı qərar verildi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188924

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031