Komandası Zakir Fərəcova necə xəyanət edir: Abşeron zərbəsi Sumqayıtda təkrarlanır

01.02.2023 - 11:15

Müvafiq dövlət qurumlarının illik hesabatlarını təhlik etsək görərik ki, rayon icra hakimiyyətlərinin əksəriyyətinin fəaliyyəti Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin tamamilə zədələnməsinə və sosial narazılıqların siyasi etirazlar müstəvisinə daşınmasına yönəlib. Təsadüfi deyil ki, bir çox icra hakimiyyətlərinin sistemsiz, bərbad və antixalq fəaliyyəti zaman-zaman yerli medianın da əsas manşet mözvuzuna çevrilib. Hazırda Azərbaycanda icra başçıları qədər xalqın qəzəb nöqtəsinin ortasına düşən ikinci bir məmur heyəti yoxdur. Ölkə mediasında Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə bağlı bu günə qədər minlərlə fakta, sübuta əsaslanan materiallar dərc olunub, bu icra sisteminin vəzifəli şəxslərinin qanunsuz əməlləri müxtəlif dəlillərlə icitmailəşdirilib. Amma bütün bunlardan dərs götürən olmayıb.
Sumqayıt Cənubi Qafqazın ən böyük sənaye şəhərlərindən biridir, orada 347 minə yaxın insan yaşayır, eyni zamanda dini-siyasi baxımdan Azərbaycanda ən həssas nöqtələrdən biridir. Amma şəhər rəhbərliyində baş verənlər onu gpstərir ki, bir qrup dövlət deyil şəxsi maraqları əsas götürür. Sumqayıt sahibkarlarının borc qalmaqalı iləbağlı baş verənlərin pərdəarxası məqamları belə düşünməyə əsas verir. Sumqayıtın icra başçısı Zakir Fərəcovun “sağ əli” kimi tanınan, hətta qısa müddət onun müavini olan və tez də postunu itirmiş, indisə İH-də Memarlıq şöbəsində çalışan Adil Xudadatov karyera yüksəlişi həvəsindədir. Xudadatova yaxın olan dairələr ona vəd edib ki, Fərəcovun yerinə təyin oluna bilər. Amma bunun üçün onun siyasi rəhbərliyə təqdimatı gedərkən dosyesi təmiz olmalıdır. Çünki Prezident Administrasiyasında kuratorlar bir məmurun təqdimatını verərkən onun fəaliyyəti araşdırılır, mətbuatda adının nə dərəcədə hallanması monitorinq edilir. Bu mənada Xudadatov üçün perspektiv ümidverici görünmür. Fərəcovun qara işlərini görməkdə adı keçmiş, barəsində müxtəlif iddia və ittihamlar yayılmış şəxsin Sumqayıtın icra başçısı təyin olunacağı sual doğurur. Amma Xudadatov əl-ayağa düşüb və xəbərlərə görə, özü haqda kristal reputasiya yaratmağa çalışır. Buna görə də baş memar haqqında dərc olunan tənqidi yazıları aradan qaldırmaqla özünü təriflətmək yolunu tutub. Maraqlıdır ki, icra başçısı Zakir Fərəcov haqqında tənqidləri görməzdən gələn Xudadatov ancaq özünün reputasiyasını qorumağa çalışır. Məlumatlı mənbənin sözlərinə görə Z.Fərəcovla bağlı narazılıqların yaranmasında da Xudadatovun xüsusi marağı var. Digər bir məqam isə icra başçısının başqa müavini Gündüz Əliyevlə bağlıdır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə Gündüz Əliyevin vasitəçiliyi ilə guya borcların tam ödənilməsi haqda yalan sənəd hazırlanıb və bu sənəd yuxarı instansiyalara göndərilib. Amma hələ də haqqını ala bilməyən sahibkarlar və 200-dək fəhlə bu faktı təkzib edərək dövlət qurumlarına teleqram vurur. Faktik olaraq Gündüz Əliyevin əməli icra başçısını prezidentin yanında yalançı çıxartmağa xidmət edir. Digər bir tərəfdən G.Əliyev mediada icra başçısı Zakir Fərəcov haqda yazılan tənqidləri görməzdən gələrək öz təbliğatını qurmaqla məşğuldur. Məsələn facebok sosial şəbəkəsində Z.Fərəcovla bağlı tənqidi yazıyla bağlı şərhə diqqət edək:”Nə qədər yalan şər-böhtan dolu yazı! Sumqayıtın bataqlığının parka bulvara çevrilməsində əməyi olan Zakir Fərəcovdan sonra 2 ci adam Gündüz müəllimdir.Həqiqətin o insanın kim olduğunu bilən bilir. Əsas xalqın rəğbətidir.Yalnız mənəviyyatı və vicdanı kasıb, kasad olanlar bunu görməzdən gələ bilər. Axı ruhu, canı, qanı milli şüuru, milli əqidə və milli məfkurə ilə yoğrulmuş bir adam başqa hansı işlə məşğul ola bilər ki?! Axı, Gündüz aAliyev çiyinlərini şərəfli bir missiyanın altına verib və o yükü də yorulmadan, usanmadan, ləyaqətlə daşıyıb, daşıyır və daşıyacaq. Görünür, bu, onun uğurlarını, dövlətə, dövlətçilyə və ən əsası ölkə başçısı cənab İlham Əliyevə sədaqətini həzm edə bilməyən xamilyon, hər gün bir rəngə, ruha düşənlərin “fəaliyyəti”nə mane olur.” Bax belə Abşeronda olduğu kimi Sumqayıtda da komandası Zakir Fərəcova xəyanət edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930