Qazaxda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

03.03.2023 - 23:09

Respublika Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar respubikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlər keçirilir.

Martın 3-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, təşkilatın əməkdaşları, partiya üzvləri, fəalları, gənc könüllülər, KİV nümayəndələri iştirak ediblər.

Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yol kənarında keçirilən aksiyada 300 ədəd eldar şamı, 250 ədəd sərv, 150 ədəd tuya, 100 ədəd çinar, 100 ədəd ərik və 100 ədəd badam ağacı olmaqla, 1000 ədəd ağac əkilib.

Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189421

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031