Yeni Göycayı inkişaf edən Azərbaycana hədiyyə edək! – VİDEO

05.03.2023 - 20:47

Müvafiq inkişaf proqramları çərçivəsində regionlarda genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri davam etdirilir. Bu slrada Göyçay rayonuda aparılan abadlıq və quruculuq işləri ölkə miqyasında ön sıralarda yer alır. Ötən ilin oktyabr ayında Natiq Ağayevin rayon icra başçısı təyin edilməsindən sonra Göyçay rayonunda intensiv xarakter alan quruculuq tədbirləri təbii ki, ölkə rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.  son vaxtlar rayonumuzda görülən işlər çərçivəsində Göyçay Şəhər Təsərrüfat Birliyi və onun nəzdində olan Mənzil Istismar Sahəsini müvafiq qaydada rayonun mərkəzi küçələrindən başlayaraq, şəhərin abadlığı və təmizliyi istiqamətində gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bununla yanaşı şəhərin müxtəlif idarə və müəssisə işçilərinin iştirakı ilə  qeyri-iş günlərində iməcilik təşkil olunmaqla, demək olar ki, rayonun bütün ərazisində təmizlik və abadlıq baxımından ciddi tədbirlər görülüb. Bu tədbirlər yerli sakinlər tərəfindən təqdirə layiq hesab olunur. Görülən işləri dəyərləndirən sakinlərin rayonun təmiz saxlanılmağı üçün aksiyalarda, iməciliklərdə iştirak etməsi bunun təsdiqi sayılmalıdır.

 

Hal-hazırda rayon mərkəzindş binaların fasad örtükləri dəyişdirilir, ağaclar əhənglənir, yeni ağaclar əkilir. Mövcud oturacaqlar, tullantı qabları rənglənir, köynə yer döşəmələri yenisi ilə əvəzlənir, gediş-gəlişin təmin olunması üçün yol kənarlarına səkilər salınır və s. Bununla da ümid edirik ki, arzu olunan “Yeni Göyçay” qarşıya qoyulmuş məqsədlərə çox tez bir zamanda çatacaqdır. Yeni Göycayı inkişaf edən Azərbaycana hədiyyə edək!

Fatimə Mövsüm Göyçay Tv

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189447

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930