“Paşabank”ın şikayəti əsasında həbs olunan YAP üzvü aclığa başlayıb

07.03.2023 - 14:53

Cəbrail Fərzəliyev: “Mənə qarşı ədalətsizlik aradan qalxmazsa, həyatıma qəsd edəcəyəm”

“Mənə qarşı irəli sürülən ittihamlar tamamilə saxtadır və şərlənərək həbs olunmuşam”. Bu sözləri hazırda həbsdə olan YAP üzvü, iş adamı, “Sabah Project” MMC, “Universal” MMC-nin təsisçisi, “Böyük Qayıdış” İctimai Birliyinin direktoru Fərzəliyev Cəbrail Fərzəliyev vəkili vasitəi ilə mediaya göndərdiyi müraciətdə bildirib. C.Fərzəliyev “Paşabank” və “Gənclər Fondu”nun şikayətləri əsasında Baş Prokurorluğun Korrusiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılmış cinayət işi üzrə həbs olunub.
O, Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilir. Ötən il dekbarın 19-da Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Təqsirləndirilən bildirib ki, onunla “Paşa Bank” arasında kredit və zaminlik müqavilələri, Gənclər Fondu ilə isə donor müqaviləsi var. “Hər iki şikayətçi qurumla bağlanılmış müqavilələrdə qeyd olunub ki, tərəflərdən biri öz öhdəliyini yerinə yetirməszə, digər tərəfin mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Yəni mənim həbsim qanunsuz və əsassızdır. Təqsirli olduğumu qəbul etmirəm və bu haqsızlıqla ölənədək barışmayacağam”, – C.Fərzəliyev vəkili vasitəsi ilə göndərdiyi müraciətdə qeyd edib.
MMC rəhbəri üzləşdiyi ədalətsizliklə barışmadığını, etiraz olaraq aclıq aksiyasına başladğını da elan edib. “Əgər haqsızlıqlar durdulmayacaqsa, bu aksiya intiharla nəticələnəcək, bu yolla həyatıma qəsd edəcəyəm”,- o qeyd edib. İş adamı vurğulayıb ki, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsinə əsasən heç kəs yalnız müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Müdafiəçiləri C.Fərzəliyev barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı verdiyi vəsatət təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsi onun apelyyasiya şikayətini rədd edərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.
C.Fərzəliyevin cinayət iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun icraatındadır. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin üzvü, uzun müddət “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının nümayəndəsi kimi fəaliyyət göstərmiş Cəbrail Fərzəliyevə qarşı iddia budur ki, o, “Paşa Bank”dan, Gənclər Fondundan müxtəlif işlər görmək adı ilə ümumilikdə 527 min manat vəsait götürüb və mənimsəyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189556

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930