Zakir Fərəcov haqda siyasi qərar: icra başçısı kapitalını ölkədən çıxarır?

09.03.2023 - 12:52

Sumqayıt şəhərin abadlaşmasında yenidən qalmaqal yaranıb. Şəhərin bulvarının və müxtəlif yerində abadlaşma aparan 15 – dən artıq iş adamı ölkə başçısına müraciət edərək halal əmək haqqlarını ala bilmədiklərin bildiriblər. Abadlaşma üçün dəyəri millyonlarla manat olan inşaat materiallarının pulunu bu günə kimi almayıblar. Əmək haqqların istəyəndə isə muxtəlif cür təhdid və təziqlərlə üzləşirlər. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalara görə, borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib.
Həmin dövrdə icra başçısı Zakir Fərəcov hakimi olduğu şəhərdə ciddi tender oyunları qurub. Həmin oyunlardan biri də odur ki, tenderləri özünün yaxın adamlarının adına açdığı şirkətlərin adına alıb. Lakin pulların idarə edilməsini başqa birinə həvalə edib. Sahibkarların saytımıza verdiyi məlumatda vurğulanır ki, tender pullarını idarə edən şəxs onların bir qismini iş icraçısı olan podratçı şirkətlərlə versə də, əsas hissəsini özündə bir müddət saxlayıb, sonra da Fərəcova ötürməklə məşğuldur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə,  Fərəcovun Sumqayıtdakı “tender kralı” Məmmədxanov Hümbət Əlicavan oğludur. Bu şəxsin adı bütün abadlıq, quruculuq işlərində, əsasən də yolların asfaltlanması işlərində çəkilir. Elə ödənişlərin əsas hissəsi də bu işlərdə düyünə düşüb.  Ödənilməyən hissələrin səbəbi isə görülən işlərin maya dəyəri ilə tender qiymətlərindəki uyğunsuzluq hesab olunur. Məsələn, sahibkarlar deyirlər ki, Məmmədxanov və komandası tenderin qalibi olmaq üçün görəcəkləri işin qiymətini aşağı yazırlar. Realda isə bu iş adamlarına iki dəfə baha başa gəlir. Qeyd edək ki, sözü gedən şikayətlər rəsmi olaraq ölkə başçısı cənab İlham Əliyevə Prezdent Administrasıyanının rəhbəri cənab Samir Nuriyevə Prezdentin köməkçisi Prezdent administirasıyasının dövlət nəzarət məsələləri şöbəsinin müdürü cənab Kərəm Həsənova Prezdent Administrasıyanının ərazi-təşkilat məsələlər üzrə şöbə müdürü cənab Zeynal Nağdəliyevə, Prezdent Administrasıyanının regional idarəetmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi cənab Vəfadar Bağırova və digər güc strukturlarına şikayət məktubları ünvanlayıblar. Aldığımız məlumata görə artıq baş verənlərə rəsmi qiymət verilməkdədir. Sumqayıt kimi bir şəhərdə mümkün etirazın qarşısını almaq üçün Z.Fərəcovun vəzifədən alınmasına qərar verilib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Çünki nə yeni iş yerləri açılıb, nə yeni iş imkanları yaradılıb. Nə gənclər, nə də ahıllar üçün şərait qurulub. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq hər səhər Sumqayıtdan Bakıya, axşam da Bakıdan Sumqayta avtomobil axını olur. Bu o deməkdir ki, Sumqayıt sakinlərinin hamısı Bakıda işləyir. Sumqayıtlılar Bakıda işləyirsə, onda şəhərin icra başçısı nə işlə məşğuldur. Niyə iş yerləri açıb, investisya cəlb edə bilmir? Niyə beynəlxalq maliyyə imkanlarını ora cəlb etmir? Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq məmurların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir.
Yayılan son məlumatlara görə, Sumqayıtın icra başçısı mülklərinin bir hissəsini satışa çıxarıb və həmin mülklərin digər qismi isə banklara girov qoyularaq, müqabilində böyük məbləğli kreditlər götürülüb. Fərəcovun mülklərini satmasının səbəbləri dəqiqliklə məlum deyil. Hərçənd icra başçısı öz yaxın adamlarına bunu başqa bir şəkildə izah etməyə çalışır. Məsələn, o, yaxın adamlarına deyib ki, guya, “yuxarılara pul lazımdır”. Hərçənd bu inandırıcı görünmür. Gələn xəbərlərdən aydın olan isə odur ki, Fərəcovun mülklərini satışa çıxarması və böyük məbləğdə kreditləri götürməsinin səbəbi tamam başqadır. İcra başçısı vəzifəsindən gedəcəyini bildiyindən mülklərini nağd pula çevirərək, onları xaricə ötürməyə başlayıb. Həmin iddialara görə, təkcə ötən ilin ikinci yarsında xaricə çıxarılan pulun məbləği qüz milyon manata yaxın olub. Həmin pullar isə xaricdə ya banklara yerləşdirilib, ya da mülklər alınıb. Bu mülklərin əsasən Çexiya , Serbiya və Bosniya-Hersoqovinada alındığına dair məlumatlar da mövcuddur. Xəbərlərdən belə başa düşülür ki, Fərəcov işdən çıxarıldıqdan sonra sərvətini təminat altına almaq üçün bu addımı atıb. Görünür, onun təmsil etdiyi hakimiyyətə güvəni yoxdur və bu səbəbdən də mülklərini pula çevirərək, onları xaricə daşımaqla məşğuldur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189640

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031