Göyçayda “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib

11.03.2023 - 08:50

Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən martın 9-da Göyçay şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə nazirliyin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev açılış nitqi ilə çıxış edib, müasir müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edib, dahi rəhbərin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə örnək olduğunu bildirib.
Sonra Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Çıxışlarda Ümummilli Liderin müəyyənləşdirdiyi hərtərəfli inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlər əldə olunduğu vurğulanıb. Dahi öndərin ideyalarının hərtərəfli və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunub.

Fatimə Mövsüm

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189714

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930