Göyçayın canlı klassiki Əhliman Qafarov: şəfalar diləyirik, ustad!
Göyçayın sayılıb-seçilən ziyalısı, rejissor, bədii qiraətçi, məclisləri ustacasına idarə edən, gözəl insan Əhliman Qafarov Bakıda xəstəxanaya yerləşdirilib. Sözün düzü xəbəri eşidər-eşitməz özü ilə əlaqə saxladım. Çünki, Əhliman müəllim qədər sağlam həyat tərzi sürən adama az rast gələrəm. İllərdir hər səhər tezdən Göyçayda, dağ ətəyində yerləşən stadiona gedir, burda bur neçə dövrə vurur. Sağlam həyat tərzi sürür. Təmiz hava, keyfiyyətli qida qəbul etməyə də fikir verir. Və indi Əhliman müəllimin ürəyi sözünə baxmayıb. Artıq 1 həftədir Bakıya gətirilib. Hal-hazırda xəstə yatağında olduğu halda belə, yenə də pozitiv formada danışr.
Əhliman Qafarov dərya adamdır. Onun gəncliyi “Azərbaycanfilm”də və “Mosfilm”də keçib. Qeyd edim ki, Əhliman Qafarov “Üzeyir ömrü” filmində fotoqraf obrazına çəkilib. Elə dahi bəstəkar Üzeyir Hacıbəyovun həyatından təsirlənərək oğluna Üzeyir adı verib. Və məyusedici situasiya o oldu ki, Əhliman Qafarovun bir neçə gündən sonra oğlunun toy mərasimi olacaq, ancaq özü səhhəti ilə əlaqədar bu məclisdə iştirak etməyə bilər. Dua edirəm səhhəti düzəlsin, özü şəxsən iştirak etsin oğlunun xeyir işində.
Əhliman Qafarov bütün ömrünü Göyçayda yaradıcılıq işlərinə bağlayıb. Göyçayın fəxrləri Əli Kərim və Rəsul Rza irsini, yaradıcılığını daim təbliğ edir, araşdırır. Çox gözəl və həlim qiraəti var. Hətta rus dilində də məşhur şairlərin şeirlərini qiraət edir. Rəsul Rza haqqında film də çəkib, Bakıda təqdimatı da keçirlmişdi.
Əzizimiz, rayonumuzun canlı əfsanə şəxsiyyəti Əhliman Qafarova şəfalar diləyirəm, tez bir zamanda ayağa qalxın və biz görüşlərimizi yenə də davam etdirək!
Vasif Ayan
Short URL: http://www.cumhuriyyet.net/?p=189724