Bakıda müsavatçı gənc fəala cinayət işi başlanıb
Müsavat Partiyasının Sumqayıt Gənclər Təşkilatının sədri Əliyev Həzrək Ramil oğlu 2023-cü il, fevralın 6-da Bakının Nəsimi rayon Polis İdarəsinə çağırılıb. Bu haqda yayılan xəbərə görə, Sumqayıt şəhərində qeydiyyatda olan müsavatçı gənc fəala Cinayət Məcəlləsinin 220.1, 220.2, 315.2-ci maddələri ilə cinayət işi başlanıb. Ondan fevralın 6-da, saat 10:00-da Azadlıq prospekti 60-da yerləşən polis idarəsinə gəlməsi tələb olunub. Əks təqdirdə, barəsində axtarış elan olunacağı xəbərdarlıq edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=190725