Müsavat Partiyasının fəal gənci ağır ittihamla həbs edildi

25.10.2022 - 18:45

Müsavat Partiyasının Sumqayıt Gənclər Təşkilatının sədri Əliyev Həzrək Ramil oğlu barəsində 2022-ci il, oktyabrın 24-də inzibati həbs qərarı verilib. Məhkəmə qərarında deyilir ki, 2003-cü il təvəllüdlü Həzrək Əliyev Azərbaycan dövlətçiliyi və hökuməti əleyhinə, eləcə də kütləvi iğtişaşlara səbəb olmuş çağırışlar edib. Məhkəmə qərarında bildirilir ki, müsavatçı gənc fəal hökumət əleyhinə davamlı təbliğat aparıb, hakimiyyətin zor yolu ilə dəyişdirilməsinə dair çıxışlar edib, insanları hökumət əleyhinə çıxmağa çağırıb.
Məhkəmə qərarına görə, Müsavat Partiyasının Sumqayıt Gənclər Təşkilatının sədri Həzrək Əliyev xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlər edib. Belə ki, 2022-ci il, oktyabrın 24-də insanları kütləvi iğtişaşlara çağırıb, polis əməkdaşlarına fiziki müqavimət göstərib. O, oktyabrın 24-də Bakının Səbail rayon ərazisində həbs edilib.
Bu hərəkətləri ilə inzibati xətaya yol verib. Məhkəmə prosesində şahid kimi iştirak edən Səbail polis idarəsinin əməkdaşı leytenant Ağayev Vüqar Kərim oğlu ifadəsində bildirib ki, oktyabrın 24-də müsavatçı fəal Əliyev Həzrək tərəfindən fiziki təzyiqə məruz qalıb. Müsavatçı gənc isə özünü təqsirkar bilmədiyini məhkəməyə söyləyib. Lkain məhkəmə onun barəsində 30 sutkalıq həbs qərarı çıxarıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190727

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930