Qazaxda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib

13.04.2023 - 22:21

Aprelin 13-də Azərbaycan Respublikasının Milli Məclisi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda konfrans keçirilib.

Qazax Gənclər Evində təşkil olunan tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, Milli Məclisin deputatları – Xalq şairi Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nəsib Məhəməliyev, Nigar Arpadarai, Asim Mollazadə, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas, Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov, Milli Məclisin, komitələrin, komissiyaların işinin təşkili şöbəsinin komitələr və komissiyalarla iş sektorunun baş məsləhətçisi Amil Qurbanov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ekspertləri Lalə Babayeva, Vüsalə Məmmədova, Vətən müharibəsi iştirakçısı, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqal və ziyalılar, təhsil işçiləri, qazilər, şəhid ailələri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, könüllülər, KİV nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda olub, abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Ümummilli Liderin adını daşıyan Mərkəzi ziyarət edərək həyat və fəaliyyəti ilə yaxından tanış olublar.

Qazax Gənclər Evində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov konfransı açıq elan edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb, iştirak edən qonaqlara razılığını ifadə edib. Qeyd olunub ki, Heydər Əliyev yüksək keyfiyyətləri özündə birləşdirən böyük şəxsiyyət idi. O şəxsiyyət ki, ölkənin çox çətin, qaranlıq dövrlərində günəş kimi doğdu Azərbaycana. Planları, məqsədləri və sarsılmaz inamı ilə işıq tuta bildi yolumuza. Azərbaycanın gələcəyini özündən artıq tuturdu dahi rəhbər. Heç bir dövlətə bağlı olmadan azad, müstəqil və güclü dövlət miras qoya bildi bizə. Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir tarixi şəxsiyyətlərdəndir ki, Onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. O, şəxsi qazanc və şöhrətin arxasınca qaçan bir rəhbər yox, xalqına sağlam gələcək qurmaq üçün yaşayan bir qəhrəman idi. A.Əmirov Respublika Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edildiyini bildirib. Bu sərəncamın icrası ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq Tədbirlər Planının təsdiqləndiyini və bu gün keçirilən konfransın həmin tədbirlər planının icrası məqsədilə həyata keçirildiyini qeyd edib.

Respublika Prezidenti İlham Əliyevin “Heydər Əliyev İli” çərçivəsində Tədbirlər Planını təsdiq etməsi haqqındakı sərəncamı Azərbaycanın müstəqillik tarixinin qüdrətli yaradıcısı və müstəqil Azərbaycan dövlətinin böyük qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin parlaq irsinin öyrənilməsi və müstəqil Azərbaycan Respublikasının çiçəklənməsi yolunda xidmətlərinin əhatəli şəkildə xalqımıza çatdırılmasında mühüm əhəmiyyətə malik dövlət sənədi olduğunu diqqətə çatdırıb. Qazax rayonunda bugünədək “Heydər Əliyev İli” çərçivəsində “20 Yanvar həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycan gəncliyi”, “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzularında geniş tərkibdə konfransların keçirildiyini, ADA Universiteti Qazax Mərkəzi, Heydər Əliyev Fondu və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sağlam gələcəyimiz üçün ağac əkin!” devizi altında 4000 ağac əkildiyini, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən ağacəkmə aksiyaları, konfrans, seminar, intellektual yarışlar və dəyirmi masalar daxil olmaqla, 51 tədbir keçirildiyini diqqətə çatdırıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı bildirib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan şəxsiyyətlər, görkəmli mütəfəkkirlər və dövlət xadimi çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərnin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gələn unikal haldır. İcra başçısı qeyd edib ki, Heydər Əliyev XX və XXI əsr Azərbaycan Respublikasının ən görkəmli şəxsiyyətlərindən biri idi. Ümummilli Lider təkcə müasir həyatın müxtəlif problemlərini deyil, həm də siyasi, iqtisadi, elmi, mənəvi, mədəni, tarixi, habelə sənətin ayrı-ayrı sahələrinə dair məsələlər barədə saatlarla danışmağı, mövcud vəziyyəti dərindən təhlil edərək nəticələr çıxarmağı bacaran dahi bir şəxs idi. Ümummilli Lider Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz insan olaraq qalacaq. Çünki O, öz işləri, əməlləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Heydər Əliyev bütün dövrlərdə qüdrətli Azərbaycan uğrunda çalışıb. Dahi siyasi xadimin xidmətləri sayəsində dövlətçilik, azərbaycançılıq, dünyəvilik, müasirlik kimi ideyalar cəmiyyətin dünyagörüşü sisteminin ayrılmaz hissəsinə çevrilib, müasir Azərbaycanın mövcudluğunun və inkişafının ideya əsasını təşkil edib. Onun Azərbaycana rəhbərlik illəri tariximizdə milli intibah dövrü kimi əbədiləşib. Bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva daha da gücləndirirlər. Bizim hər birimizin inamı bundan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarxılmazdır, dönməzdir!.

Sonra çıxışlar olub. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclisin deputatları Xalq şairi Sabir Rüstəmxanlı Cavanşir Feyziyev, Nigar Arpadarai, Asim Mollazadə, Nəsib Məhəməliyev, Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix, Litvanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, müstəqil Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Sonda konfransda iştirak edən millət vəkilləri və qonaqlar fəal gənclərin onlara ünvanladıqları sualları cavablandırıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190893

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930