Yarım milyonluq Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri… – Səkinə Sadıqovanın qanunsuz əməlləri…

15.04.2023 - 15:59

2019-cu ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın bir çox əməlləri ilə bağlı ölkə mediasında silsilə yazılar dərc edilir.
Bəli, müdriklərimiz deyib ki, insanlar dəli olanda mollanın yanına gedib dua-zad yazdırar, bəs molla dəli olanda kimin yanına getsin. Yaxud xəstə adam həkimə müraciət edir, bəs həkim xəstə olsa…
Sözün qısası, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri, yəni 350 min insanın SAĞLAMLIĞINA məsul olan Səkinə Sadıqovanın sağlamlığı görəsən yerindədirmi..?
Sözümüzün canı odur ki, Səkinə Sadıqovanın özünü müalicə edən lazımdır. Amma bu adamı 350 min insanın sağlamlığına nəzarət etməyə təyin ediblər…
Bəli, Səkinə Sadıqova Sumqayıt boyda şəhərin səhiyyə şöbəsinin müdiri olan kimi, vəzifə kreslosunu söykəyib İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşada və ona arxayın olaraq şəhərdəki bütün xəstəxanaların baş həkimlərini diz üstə çökdürüb.
Səkinə Sadıqova Suqayıtda istənilən xəstəxanada rüşvət alaraq kadr dəyişikliyi edir, kimisə işdən çıxardır, kimisə işə təyin edir və… baş həkimlərin rəyi ilə hesablaşmır.
Kimsə etiraz etmək istəsə, həmin xəstəxananı, yaxud şöbəni ləğv edir.
Vallahi, heç səhiyyə naziri bu boyda əməllər edə bilməz.
Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılmış dərmanları, tibbi preparatları və s. özəl apteklərdə satdıraraq arxası-dayağı Rəşadla bölüşür.
Hələ bu harasıdır..?
Səkinə Sadıqovanın 70 min manata mətbəə blankı alması, dövlətin ayırdığı pulları mənimsəməsi barədə çox yazmışıq.
Adama deyərlər ki, 70 minlik blank sənin nəyinə lazımdır..?
Səkinə Sadıqova təkcə dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımaqla kifayətlənmir. Həm də Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya mərkəzinə çevirib.
Bəli, Səkinə Sadıqova Təcili Tibbi Yardım Stansiyasınının qarajına ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir. Və təcili yardım maşınlarının sürücülərinə deyir ki, öz cibinizdən benzin, avtomobil hissələri alın.
Yazıq xəstələr isə saatlarla, günlərlə təcili yardımın gələcəyini gözləyir.
Bütün bunlar bir yana, Səkinə Sadıqova həm də saxta tenderlərin maxinatorudur.
Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb.
İndi əlimizdə olan sənədlər əsasında Səkinə Sadıqovanın keçirdiyi tenderlərə nəzər salaq.
Deməli, redaksiyamıza daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona yaxın dövlət vəsaitini özü bildiyi kimi xərc
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190952

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930