Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının BƏYANATI – “Boz Qurd”lar etiraz edir…

17.04.2023 - 16:47

Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasının
Bəyanatı
Azərbaycan Milli Demokrat (Bozqurd) Partiyasında son iki ildə ciddi böhran höküm sürürdü. Bununla bağlı dəfələrlə partiya yetkililəri sədr Tufan Kərimə lazimi addımların atılmasının vacibliyni bildirsədə , çox təssüf ki, sədr kimi öhdəliyini yerinə yetrə bilmirdi.
AMDP (Bozqurd) Partiyası siyasi səhnədə hər zaman öz sözünü demişdir. Partiya hər zaman millətçilik,dövlətçilik ənənələrinə sadiq qalmışdır. Partiyanın siyasi nüfuzu hər zaman cəmiyyətdə hiss olunmaqdadır. Bu üzdən fürsət gözləyən müxtəlif siyasi qurumlar zaman-zaman partiyanın dağılmasını, siyasi varisi olmaq üçün uğursuz cəhdlər etmişlər . Bu cəhdlər bu gündə davam edir.
Partiya Ramiz Mehdiyev, Əli Həsənov dövründə ciddi basqılara rəğmən siyasi mübarizəsini yüksək səviyyədə davam etdirib. Bu basqılar nəticəsində Partiya uzun illə qeydiyyatsız fəaliyyət göstərmişdir. Yalnız 2008-ci ilin dekabrında ədliyyə nazirliyində rəsmən qeydiyyata alınmışdır. Partiyanın fəaliyyətinə çox təssüf ki, hər zaman hökumət tərəfindən ciddi basqılar olmuşdur. Düşünürdük ki, Ramiz Mehdiyevdən sonra partiyaya münasibət dəyişər,çox təssüf bu gözlətimiz özünü doğrultmadı. Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev digər partiyalarla müqayisədə bizə ögey münasibət bəsləməkdə sələflərindən geri qalmadı. Son dövürlər ölkədə baş verən bütün siyasi prosseslərdə (44 günlük savaşdan tutmuş Cənubi Azərbaycan, fars,rus,erməni siyasətinə qarşı) fəaliyyətmizdə istifadə elədiymiz metodlardan hökumət və vətəndaşlar genə-bol istifadə etməyə başadı. Halbu ki, zaman vardı ki, “Bozqurd” işarəsi tutuğmuza görə işgəncələrə məruz qalırdıq. Bu gün ən çox səslənən “Bozqurdlar ölməz, Vətən Bölünməz” şüarmız dillər əzbəridir.
Bu gün ölkəmizdə və dünyada gedən siyasi prosesslər milli qüvvələrin fəaliyyətini davam etdirməsini zəruri hesab edir. Düşünürük ki, hər zaman olduğu kimi milli qanadın əsas aparıcısı AMDP (Bozqurd) olaraq millət və dövlət maraqları naminə fəaliyyətini davam etdirməlidir. Bunun üçün Partiyaya yeni nəfəs vermək üçün sədr Tufan Kərimin müqavimətinə baxmayaraq, siyasi şura və MNTK növbədənkənar Qurultaya getmək barədə qərar qəbul elədi. Növbədənkənar qurultayın keçrilməsi üçün təşkilat komitəsi yaradıldı, Təşkilat komitəsinə sədrin birinci müavini Eldar Tağıyev rəhbərlik edir. Sədirin özbaşına verdiyi , partiyanı buraxması qərarı nizamnaməy tam ziddir. Nizamnamənin 11.1 bəndinə əsasən Partiyanın fəaliyyətinə xitam yalnız Qurultay və məhkəmənin səlahiyyəti var.
Mərkəzi Nəzarət -Təftiş Komissiyası (MNTK) sədri
Şaban Nəsirov

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190987

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930