Zakir Fərəcovun sahibkarlarla borc qalmaqalı böyüyür – VİDEO

17.02.2023 - 09:15

Sumqayıtın icra başçısı Zakir Fərəcovla bir qrup sahibkar arasında davam edən borc qalmaqalı hələ də davam edir. Sumqayıt Ddənizkənarı Bulvarın tikintisi ətrafında yaranmış problemi artıq 5-ci ilinə qədəm qoyur və Fərəcov sahibkarların pullarını ödəməkdən imtina edir.Qeyd edək ki, bu gün iş adamları növbəti dəfə ölkə başçısına və bir çox dövlət qurumlarına yenidən müraciət edərək, onlardan kömək istəyiblər. Sahibkarlar bildirir ki, 2016-cı ildə Sumqayıt Dənizkənarı Bulvarın tikintisini həyata keçiriblər və qısa müddətdə tikinti işlərini başa çatdırıblar. Həmin tikinti zamanı isə mal və materialların alınmasını dövlət tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyətinə ayrılmış pulla deyil, öz vəsaitləri hesabına həyata keçiriblər. Səbəb də bu olub ki, Zakir Fərəcov iş adaçlarını inandırıb ki, işlər başa çatana kimi bütün borcları bağlayacaq. “Lakin Zakir Fərəcov bizi aldadtdı. Bizə çatacaq pulun yalnız kiçik bir hissəsini ödəməklə kifayətləndi. Və 5 ilə yaxındır ki, borcunu qaytarmır. Hər dəfə də müxtəlif bəhanələr gətirir, yalanlar danışır, hətta bizi ittiham etməkdən, hədələməkdən çəkinmir”. Sahibkarlar müraciətlərində deyirlər ki, icra başçısı yüxarı dairələrə yalan məlumatlat verməklə, guya, borcu qaytarmış kimi özünü təqdim edir. “Zakir Fərəcov bizə borcu ödədiyinə dair yuxarı dairələrə müxtəlif arayışlar təqdim edib. Halbuki indiyə qədər smetada nəzərdə tutulmuş və bizim gördüyümüz işin müqabilində pulun heç 1/3 hissəsini ödəməyib. Biz də ona deyirik ki, əgər həqiqətən pulu ödəyibsə, bicə ödəniş sənədi ortaya qoysun. Təbii ki, belə bir ödəniş sənədi yoxdur. Çünki Fərəcov bizə çatacaq pulu mənimsəyib, onunla özünə ev, villa, oğluna restoran tikdirib. İndi də bizi ittiham edir, günahlandırır, hətta hədələyir.

Təki həmin pulu ödəməsin”. İş adamları Zakir Fərəcovun onlardan borcun ümumi məbləğinin 30 faizini onlardan tələb edir. “Zakir Fərəcov yuxarılara borcun qaytarıldığına dair arayış təqdim etsə də, digər tərəfdən bizə bildirir ki, pulu qaytarmağa hazırdır. Amma bir şərtlə ki, həmin pulun 30 faizini ona verək. Əgər bu adam pulumuzu ödəyibsə, o zaman həmin məbləğin 30 faizini niyə istəyir? Və ya biz niyə öz halal haqqımızın 30 faizini ona verməliyik?”Sahibkarlar qeyd edirlər ki, hal hazırda Sumqaytın icra başçısı bütün imkanlarından istifadə edərək, onları sıxışdırmağa başlayıb. “Davamlı olaraq təhdid alırıq. Sumqayıtın icra başçısı hər dəfəsində bizi həbs etdirəcəyi ilə hədələyir. Deyir ki, ya həmin puldan tam imtina etməli, ya da pulun 30 faizini ona verməklə razılaşmalıyıq. Əks təqdirdə, hamımızı həbs etdirəcək. Bu gün biz Sumqayıta getməkdən belə ehtiyat edirik. Çünki Fərəcov keçmişdə də məhz borc məsələsinə görə, bir neçə sahibkarə həbsə atdırıb”. İş adamları deyirlər ki, Sumqayıt Bulvarının inşasına görə, onlarla tikinti materialı dükanına, yüzlərlə fəhləyə borclu qalıblar. “Biz tikintiyə başlayanda Zakir Fərəcov təminat verdi ki, bütün pulu ödəyəcək. Biz də əzmlə işə başladıq, borc aldıq ki, işlər dayanmasın. Həmin pullar təkcə, bir qrup sahibkarın deyil. Bu işdə əməyi olan yüzlərlə fəhlənin haqqıdır. Bbiz evimizi, maşınımızı banklara girov qoyaraq, kredit götürmüşük. Bu gün belə həmin pulu qaytara bilmirik. Onlarla tikinti dükanına hələ də borcumuz var. Zakir Fərəcovun yalanları, şirin vədləri üzündən bu gün borc içində boğuluruq. Di gəl, icra başçısı pulumuzu ödəməkdən imtina edir. Bu azmış kimi bizi günahkar çıxarır.

Fərəcov anlamır ki, kasıbın, fəhlənin haqqını yemək günahdır və bunun bir bədəli mütləq olacaq. Çünki kasıbın ahı yerdə qalmaz”. Onlar bildirir ki, Sumqayıtın icra başçısı dövlətin pulları ilə özünə böyük imkanlar açıb, xeyli sərvət toplayıb. “Təsəvvür edin ki, bu adamın Bakı kəndlərindən birində öz adına məhəlləsi var. Ora giriş-çıxış belə icazəynəndir. İcra başçısı hansı səlahiyyət və hüququn sahibidir ki, özünə məhəllə salır? Üstəlik, ora giriş-çıxışı “icazə” ilə edir? Bu adamın onlarla villasının olduğu, bir o qədər də böyük obyektlərə sahibləndiyi də kimsədən sirr deyil. Hardandır Zakir Fərəcovda bu qədər pul? Məgər o, iş adamıdır, biznesmendir, yoxsa qədim dövrlərdən ona hansısa miras qalıb? Bunu araşdırmaq lazımdır. Bir məmurun bu qədər varlanmasının tək səbəbi dövlət büdcəsindən ayrılmış pulların şəxsi mənfəətlər üçün sərf olunmasından başqa bir şey deyil. Məgər dövlət büdcəsi hansısa icra başçısının şəxsi malıdır ki, ondan öz şəxsi üçün istifadə etsin?”İş adamlarının sözlərinə görə, 5 ilə yaxındır davam edən borc qalmaqalı ilə əlaqədar müraciət etmədikləri instansiya qalmayıb.

Lakin onların sözünü eşidən və problemini həll edən olmayıb. “Biz dəfələrlə bütün instansiyalara müraciət etmişik. Lakin bizə bəlli olmayan səbəblərdən problemimiz bu gün də həll olunmayıb. Sanki hansısa “əl” Zakir Fərəcovdan olan şikayətlərin ünvanına çatmasına mane olur. Amma biz ümidimizi itirməmişik. Çünki Ali Baş Komandan, hörmətli Prezident İlham Əliyevə inanınırıq. Və əminik ki, Cənab Prezident bizim sözümüzü eşidib, borcumuzu Zakir Fərəcovdan alınmasında bizə yardımçı olacaq”. Onlar sonda bilidiriblər ki, Zakir Fərəcovu növbəti dəfə vicdana və düzgünlüyə dəvət edirlər. “Biz Zakir Fərəcovu vicdana və düzgünlüyə dəvət edirik. Ondan artıq heç nə tələb etmirik və istəmirik. Öz halal haqqımızı istəyirik. Gətirib, bizim pulumuzu ödəsin və bu biabırçılıqlar da aradan qalxsın”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191038

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930