Balakəndə 175 minlik qalmaqal – Özünü nazirin dostu kimi təqdim edən MMC rəhbəri kimdir?-VİDEO

23.04.2023 - 19:09

“Hüseyn Kəndli Fermer Təsərrüfatı” MMC-nin rəhbəri Elburus Abbasovun adı 175 min manatlıq dələduzluq olayında hallanır.

Reportyor.info xəbər verir ki, Balakən rayon sakini Qüdrət Mamedov ölkə başçısına müraciətində Elburus Abbasov tərəfindən dələduzluq əməlinə məruz qaldığını bildirib.

Onun sözlərinə görə, 17 sentyabr 2022-ci ildə Elburus Abbasovun rəhbəri olduğu MMC-ilə birgə fəaliyyətə dair müqaviləsi bağlayıb.

Müqaviləyə əsasən Qüdrət Mamedov Elburus Abbasova məxsus 100 ha torpaq sahəsini 97 min manat müqabilində 1 illik icarəyə götürüb. O daha sonra həmin torpaq sahəsində qarğıdalı əkmək məqsədilə 78 min manat məbləğində pulu qış gübrəsi (amafoz) alınması, texniki xərclər, torpağın əkinə hazırlanması, və s. üçün xərcləyib.

Şikayətçi bildirib ki, bütün bunlara rəğmən Elburus Abbasov və MMC-nin əməkdaşları səpinin aparılmasına imkan verilmir. Qüdrət Mamedovun sözlərinə görə, bunun səbəbi Elburus Abbasovun başqa bir pambıq zavodu ilə ötən ilin dekabr ayında müqavilə bağlamasıdır.

Aprelin 22-də yenidən səpin işlərinin aparılması üçün sahəyə gedən Qüdrət Mamedovun qarşısını sözügedən MMC-nin rəhbəri Elburus Abbasov və onun əməkdaşları kəsib. Bu dəfə isə Elburus Abbasov müqavilə şərtlərinin pozulmasına səbəb kimi “2 ayda 3 nazirin dəyişməsi”ni göstərib.

Qüdrət Mamedov onu da bildirib ki, Elburus Abbasov özünü əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dostu kimi təqdim edib.

Qüdrət Mamedov probleminin həlli üçün ölkə başçısından kömək istəyir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191044

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930