“Qarabağda və bütövlükdə Qafqazda sülhə nail olmaq üçün ərazilərimiz tam nəzarət altına alınmalıdır” – VHP

24.04.2023 - 15:53

Vətəndaş Həmrəyliyi Partiyası Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Azərbaycan Respublikasının Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması ölkə ictimaiyyəti və bütün siyasi qüvvələr tərəfindən böyük uğur kimi qəbul olundu. Bundan əvvəl 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması müşahidə olunurdu. Məhz bunun nəticəsində bölgədə dəfələrlə hərbi gərginlik yaranmış, öz dövləti daxilində qanuni hərbi xidmətini keçən hərbçilərimiz , ərazidə tikinti işləri görən mülki şəxslər mina partlayışı, silahlı basqın nəticəsində yaralanmış və həlak olmuşdur. Azərbaycan dövləti ötən müddət ərzində bu kimi olaylara təmkinlə etirazını bildirmiş və bölgədə sabitliyin əldə olunması, sülh sazişinin imzalanması üçün bu kimi separatçı fəaliyyətin dayandırılmasını tələb etmişdir. Ancaq təəssüf ki, nə qarşı tərəf bundan lazımi nəticə çıxarmış, nə də ərazidəki rus sülhməramlıları bu kimi təxribatların qarşısını almaq üçün üzərlərinə düşən missiyanı yerinə yetirmişlər. Nəhayət, Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradılmışdır. Bu Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren haqqıdır və Vətəndaş Həmrəyliyi olaraq bu addımı alqışlayırıq. Eyni zamanda Azərbaycan tərəfinin bu addımı 10 Noyabr Bəyanatında qeyd olunan “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir” prinsiplərinə əsaslanır.
VHP Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına bəzi xarici ölkələrin və beynəlxalq təşkilatların qərəzli yanaşmasını qətiyyətlə pisləyir. 30 ildir Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb, amma həmin xarici dairələr bu humanitar fəlakətə susur. Avropanın hansı ölkəsinin ərazisindən yol açmaq və oradan hərbi sursat daşımaq olar? Bunu hansı ölkə qəbul edər? Qarabağda və bütövlükdə Qafqazda sülhə nail olmaq üçün ərazilərimiz tam nəzarət altına alınmalıdır. VHP bu istiqamətdə atılan bütün addımları dövlətimizin, Azərbaycan prezidentinin ardıcıl fəaliyyətinin nəticəsi kimi dəyərləndirir və ərazi bütövlüyümüz, suverenliyimiz məsələsində hər zaman dövlətin yanında olduğunu bəyan edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191086

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930