İtkin düşənlərin ailələrinə xəbər verilməlidir – Buriç

24.04.2023 - 19:42

Birinci Qarabağ müharibəsində itkin düşənlərin ailələrinə bir xəbər verilməlidir.

Cumhuriyyet.az Report-a istinadən bildirir ki, bu fikirləri Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç bu gün işə başlamış yaz sessiyası zamanı bildirib.

Onun sözlərinə görə, bütün müharibələrdə olduğu kimi, Birinci Qarabağ müharibəsi zamanı da itkin düşənlər olub: “Ailələri onların başına nə gəldiyini bilməlidirlər”.

Baş katib həmçinin Avropa Şurasının ölkələr arasında inamın yaranması üçün aktiv fəaliyyət göstərdiyini deyib.

“Azərbaycan ilə Ermənistan arasında mart ayında keçirilən İstanbul görüşünün davamı olmalıdır. Biz iki ölkə arasında inamın bərpa olunması sahəsində fəaliyyətimizi davam etdirməliyik”, – o qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191114

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930