“Bakcell” “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisidir – VİDEO

26.04.2023 - 19:05

“Bakcell” Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb. Abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan “Bakcell” bu dəfə yüksək sürətdən zövq alan “Formula-1” azarkeşlərini sevindirəcək.

“Azərbaycanın ən sürətli mobil şəbəkəsi olan “Bakcell” “Formula-1” təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq “Formula-1”, avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, – deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Klaus Müller bildirib.

Tərəfdaşlıq çərçivəsində “Formula-1” yarışlarındakı Azneft tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət və əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.

Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran-prisinin tamaşaçılarına nümayiş etdirəcək.

“Bakcell” şirkəti “Formula-1” yarışı zamanı abunəçiləri yüksək keyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb. Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq irihəcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2019-cu ildə “Bakcell” “Formula-1” Azərbaycan Qran-prisinin ilk rəsmi dəstəkçisi olub.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” Azərbaycanda VoLTE və eSIM texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində 5G-nin sınaq tətbiqini elan edib. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=191212

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728