Ordumuz irəlilədi: həlqə daralır

28.04.2023 - 12:41

Kiçik Qaladərəsi istiqamətində neytral zonada qalmış 1686 və 1516 metr yüksəkliklərinin nəzarətə götürülməsi ilə Qubadlı-Laçın yolunun təhlükəsizliyi təmin olundu.

Cumhuriyyet.az xəbər verir ki, bu sözlər “Caucasian Live” Teleqram kanalı ötən gün Ordumuzun sözügedən yüksəklikləri nəzarətə götürməsi haqda qeyd edib.

Ordumuzun bununla Qarabağdakı separatçılığın mərkəzi rolunu oynayan Böyük və Kiçik Qaladərəsi kəndləri istiqamətində həlqəni bir az da daraltdığı bildirilib.

Xatırladaq ki, sözügedən kəndlərdə, o cümlədən Sarıbaba və Onverst kəndlərində 1991-ci ilin may ayında da “Həlqə” əməliyyatı keçirilmiş, separatçılar oradan qovulmuşdu.

Qeyd edək ki, dünən Ordumuz Laçın şəhəri – Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 metr və 1686 metr yüksəkliklərini nəzarətə götürüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=191262

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930