Sahibə Qafarova Türkiyə parlamentinə “Togg”la getdi

28.04.2023 - 14:22

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə parlamentinə yerli istehsallı “Togg” avtomobili ilə gedib.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türk Dövlətləri Parlament Assembleyasının nümayəndələrini parlamentə “Togg”la aparıb.

S.Qafarova avtomobildən razılığını ifadə edib:

“Çox gözəl, çox rahatdır. Prezident İlham Əliyevə də hədiyyə verilib. İnşallah, bu maşınlar Azərbaycanda da olacaq”.

M.Şəntop isə vurğulayıb ki, “Togg” yaxın gələcəkdə hər yerdə olacaq: “Hər yerdə, o cümlədən Türk dövlətləri başda olmaqla, bütün dost və qardaş ölkələrdə ən qısa zamanda “Togg”dan istifadə olunacaq”.

Qeyd edək ki, “Togg” elektrikli avtomobillərinin seriya istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.

2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191299

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930