“Azərkosmos”un ixrac gəlirləri 13 % azalıb

28.04.2023 - 16:00

Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 40 ölkəyə 5,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayında bildirilir.

Hesabata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 ölkə çox və 0,8 milyon ABŞ dolları (12,9 %) azdır.

Yanvar-mart aylarında “Azərkosmos”un ixrac gəlirləri onun ümumi gəlirlərinin 80 %-ni təşkil edib ki, bu da illik müqayisədə 6 faiz bəndi azdır.

Təkcə ötən ay isə “Azərkosmos” 39 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9 ölkə və 0,3 milyon ABŞ dolları (14,3 %) çoxdur.

3 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya (1,2 milyon ABŞ dolları), Lüksemburq (1 milyon ABŞ dolları), Fransa (805,7 min ABŞ dolları), BƏƏ (446 min ABŞ dolları) və Almaniya (252,5 min ABŞ dolları) qərarlaşıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=191329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930