13 azərbaycanlı Gürcüstandan deport edildi

28.04.2023 - 16:51

2023-cü ilin yanvar-mart aylarında 13 Azərbaycan vətəndaşı Gürcüstandan deportasiya edilib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, deportasiya edilən Azərbaycan vətəndaşlarından 7-si kişi, 6-sı isə qadındır. Onlardan 6-nın yaşı 18-dən (3 oğlan, 3 qız) az olub.

Bildirilib ki, bu, cari ilin birinci rübündə Gürcüstandan deportasiya edilən əcnəbilər arasında ən yüksək göstəricidir.

Ümumilikdə yanvar-mart aylarında 15 ölkənin 55 nümayəndəsi Gürcüstandan deportasiya edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=191341

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728