“Mediada davamlı inkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır” – Əhməd İsmayılov

03.05.2023 - 11:12

“Dövlət qurumlarının mətbuat xidmətləri üçün təlimin təşkilində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsidir”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov dövlət qurumlarının mətbuat xidmətləri üçün keçirilən təlim proqramının açılış mərasimində deyib.

Ə.İsmayılov bildirib ki, təlim qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi, PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

O qeyd edib ki, strateji planlaşdırma mətbuat xidmətlərinin rəhbərləri üçün çox vacibdir:

“Rəqəmsal mediada məlumatların toplanması, öyrənilməsi hazırkı dövrdə əhəmiyyətli məsələdir. Bu səbəbdən də mediada davamlı inkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=191520

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930