Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klass təşkil olundu

03.05.2023 - 12:33

Media Tәhlil Mәrkәzinin (MTM), Heydər Əliyev Mərkəzinin, Medianın İnkişafı Agentliyinin, ADA Universitetinin dəstəyi və “MAS” MMC-nin texniki köməkliyi ilə dövlət, qeyri-hökumət və digər təşkilatların mətbuat xidmətlərinin rəhbərləri üçün növbəti dəfə master-klass təşkil edilib.

Cumhuriyyet.az xəbər verir ki, master-klassın keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva deyib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiya sahəsinin hazırkı dinamik mühitdə inkişafını təşviq etmək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.

O bildirib ki, layihənin hədəfi Azərbaycan jurnalistlərinin, xüsusilə də mətbuat xidmətlərinin rəhbərlərinin bacarıqlarının daha da təkmilləşdirilməsinə və inkişafına töhfə verməkdir.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov söyləyib ki, dövlət qurumlarının mətbuat xidmətləri üçün təlimin təşkilində əsas məqsəd ictimaiyyətlə əlaqələrə məsul şəxslərin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, kommunikasiya sahəsində ən son tendensiyaların və qabaqcıl təcrübələrin öyrənilməsidir.

Ə.İsmayılov vurğulayıb ki, təlim qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi, PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

O qeyd edib ki, strateji planlaşdırma mətbuat xidmətlərinin rəhbərləri üçün çox vacibdir. Rəqəmsal mediada məlumatların toplanması, öyrənilməsi hazırkı dövrdə əhəmiyyətli məsələdir. Bu səbəbdən də mediada davamlı inkişafa nail olmaq üçün yenilikləri öyrənmək lazımdır.

Media Tәhlil Mәrkәzi yerli media nümayәndәlәrinin, xüsusilә dә mәtbuat xidmәtlәrinin rәhbәrlәrinin peşәkar bacarıqlarının tәkmillәşdirilmәsinin vә inkişafının vacibliyini, bu sahәdә effektivliyin artırılmasının zәruriliyini nәzәrә alaraq beynәlxalq tәşkilatlarla sıx әmәkdaşlıq edir.

Bu әmәkdaşlıq çәrçivәsindә artıq ikinci dəfə baş tutacaq master-klası London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparacaq.

Müxtәlif sessiyaları әhatә edәcәk 3 günlük təlim mayın 3-5-də ADA Universitetində keçiriləcək.

İştirakçılar müsahibәlәr yolu ilә fәrqli vә peşəkar müzakirәlәrә qoşulacaq, sosial media tәşәbbüslәrinin inkişaf etdirilmәsi ilә bağlı praktiki sessiyalarda iştirak edәcәklәr.

Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930