Sumqayıtda sahibkarları talayan komanda

01.06.2023 - 09:41

Sumqayıt  şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmirlər. Maraqlıdır ki, Sumqayıtda görülən işləri öz reklamı kimi təqdim edən icra başçısı Zakir Fərəcov elə bir plan qrub ki, sanki problemin buna heç bir aidiyyatı yoxdur. Ammma cumhuriyyet.az olaraq məsələni araşdırdıqda görürük kü, bütün problemlər Zakir Fərəcovun birbaşa rəhbərliyi altında Adil Xudadatov-Hümbət Məmmədov cütlüyünün iştirakı ilə aparılıb. Konkret faktlar üzərində prosesi təhlil edək.

Hümbət Məmmədovun subpodarat tələsi
Məsələn Sumqayıt şəhərinin də şəhərin girişində, Yeni Bulvar kompleksinin tikintisində, Şəhidlər Xiyabanının abadlaşdırılmasında iştirak etmiş və üzərinə götürdüyü öhdəlikləri vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirǝrǝk təhvil vermiş MMC-yə 2022-ci ilin avqust ayında fiziki şəxs kimi fəaliyyət göstərən “iş adamı” Məmmədov Hümbət Əlcavan oğlu  Sumqayıt şəhərində

yenidənqurma və abadlıq işləri ilə əlaqədar tenderi qazandığını bildirərək subpodrat müqaviləsi əsasənda  işlərin böyük əksəriyyətini cəmiyyətə həvalə etməyi təklif edir.  Müqaviləyə əsasən Sumqayıt şəhərində Muğanbank ASC-nin qabaq hissəsində yerləşən parkda va favvarada, Cəfər Cabbarlı və Nizami küçələrində yenidənqurma və abadlaşdırılma işləri görülməli idi. Müqavilə şərtlərinə görə işlərin dəyəri üzrə ödəniş müqavilə bağlandıqdan sonra hesabımız keçirilməli idi. Lakin “iş adamı” H.Məmmədov müqavilə şərtlərini əvvəlcədən pozsa da (müqavilə məbləğini ödənilmədən) bağlanan müqaviləyə əsasən işlər görülür. H.Məmmədov isə tenderdan sonra pulun onun hesabına hələ keçirilmədiyini bildirirdi.  Sonradan bizə bəlli olur ki, tenderə ayrılımış vəsait tam olaraq “iş adamı” H.Məmmədovun hesabına köçürülüb. Ancaq müqavilə əsasında  verilməli olan vəsait də artıq H.Məmmədovun hesabında yoxdur. Həmin vəsaiti hara, kimə, nə üçün ödənilməsi məlum deyildir.

Adil Xudadatov da işin içində
Digər bir halda isə Yeni Bulvar kompleksinin tikintisində baş verən qanunsuzluq yer alır.  Belə ki, iş adamı Z.Fərəcovun sözlərinə inanaraq təmir-tikinti və yenidən qurma işləri ilə əlaqədar lazım olan avadanlıq və tikinti materiallarını tanıdığı iş adamlarına sifariş edir. Onların dəstəyi ilə bütün məhsulları alaraq tapşırılan işləri yüksək səviyyədə yerinə yetirir. Bununla bağlı sahibkarlar bildirir: ” İşlərin görüldüyü zaman əvvəllər veriləcək pullar bizə şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. Adil Xudadatovla aramızda yaranan münasibət nəticəsində onun tərəfindən mənə məlum olmuşdur ki, verilən pullar şəhərdə fəaliyyət göstərən iş adamlarından və müxtəlif təşkilatlardan yığılıb verilirdi. Çünki, mən material üçün pul lazım olduğunu bildirdikdə deyirdi ki, hələ pul yığılmayıb, yığılan kimi çatdıracağam. Biz

işlərin dayanmamasına görə tanınmış iş adamı olduğum üçün tanışlarımızdan nisyə tikinti materialları alırdım. Kompleksin tikintisində çalışan işçilərin əmək haqlarını daxili imkandan va münasibətim olan imkanlı dost-tanışlarımdan pul almaqla ödəyirdik. Çünki, Z.Fǝrǝcov va A.Xudadatov mənə işlərin dayandırılmamasını xahiş edir və yaxın zamanlarda pulun ödənilməsinə söz verirdilər. Hətta, işin vaxtında təhvil verilməsi üçün yalvarırdı. Qeyd etdiyim kimi, imkanlar daxilində bizə tapşırılan işi tam və keyfiyyətlə yerinə yetirdim. Buna görə müəyyən şəxslərdən götürdüyüm tikinti materiallarının dəyərini və bu işə görə borc götürdüyüm şəxlərə borcumu hələ də ödəyə bilmirəm”.

Belə qalmaqallı məmurlar isə hələ də vəzifələrdə yer alır, təltif olunur, varlanmalarına, rəhbərlikdə təmis olunmalarına şərait yaradılır. Hərçənd ki, icra hakimiyyətlərində fundamental şəkildə islahatlara ehtiyac var. İH-lər belə kadrlardan “təmizlənməsə” və idarəçilikdə yeni yanaşma olmasa belə məmurlar öz qaranlıq işlərini davam etdirəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191811

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930