“Bakcell”in dəstəyi ilə keçirilmiş velosiped yarışının ən sürətliləri bəlli oldu – FOTO

14.06.2023 - 11:18

“Bakcell” şirkətinin dəstəyi ilə “Əziz Şuşa” beynəlxalq velosiped yarışı baş tutub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş yarışda dünyanın 14 ölkəsindən 100-dən çox idmançı mübarizə aparıb.

Beş mərhələnin nəticələrinə görə turnirin qalibi italyan velosipedçi Emanuele Ansaloni olub.

Əsl sürət bayramına çevrilmiş bu yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışı iyunun 7-də Bakıda start götürüb və 11 iyun tarixində Şuşa şəhərində yekunlaşıb.

Hal-hazırda “Bakcell” şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=192293

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031