“Ağstafa Gəncləri” PFK II Divizionda təmsil oluna bilər

15.06.2023 - 18:09

“Ağstafa Gəncləri” II Divizion üçün AFFA-nın İcraiyyə Komitəsinə rəsmi müraciət etdi.

Bu sözləri Mediaxeberleri.Az-a “Ağstafa Gəncləri” PFK-nın İdarə Heyətinin sədri Şahin Kərimov məlumat verib.

Şahin Kərimov bildirib ki, iyun ayının 3-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə toplantısı keçirilib. İclasda 2023/2024-cü il mövsümündən etibarən Azərbaycan çempionatında 10 klubun iştirakı ilə II Divizion turnirinin keçirilməsi qərara alınıb. Bununla bağlı müvafiq işlərin görülməsi üçün AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına tapşırıq verilib.

Biz də, yuxarıda qeyd olunanları nəzərə alaraq, AFFA-nın İcraiyyə Komitəsinə rəsmi müraciət etdik.

Xatırladaq ki, Ağstafa Gəncləri Peşəkar Futbol Klubu 2007-ci ildə yaranıb, 2008-2010-cu illərdə Həvəskarlar Liqasında çıxış etdikdən sonra, maliyyə problemləri səbəbiylə Həvəskarlar Liqasındakı çıxışını dayandıraraq, uşaq futbolunda mübarizəyə başlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=192319

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728