Azay Quliyev ATƏT PA-nın komitə sədri seçilib

04.07.2023 - 13:00

İyulun 3-də ATƏT Parlament Assambleyasının (PA) Kanadanın Vankuver şəhərində keçirilən 30-cu illik sessiyasında qurumun İqtisadi məsələlər, ətraf mühit, elm və texnologiya Baş Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Cumhuriyyet.net-ə verilən xəbərə görə, seçkilərdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin və Yaşıllar Partiyasının üzvü David Stüqmüller iştirak edib.

Gizli səsvermə nəticəsində Azay Quliyev 50 səs, David Stüqmüller 23 səs toplayıb. Beləliklə, azərbaycanlı deputat ATƏT PA-nın komitə sədri seçilib.

Qeyd edək ki, ATƏT PA-nın komitə sədri seçilmiş deputatlar həm də avtomatik olaraq Büro üzvü sayılırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=192792

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031