İrandan səfirliyimizə terror hücumu ilə bağlı yeni açıqlama

04.07.2023 - 14:00

Təəssüf ki, yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə hücum baş verdi. Bu gözlənilməz və acı bir hadisə idi. Ölkəmizin məhkəmə, siyasi və təhlükəsizlik orqanları da bu hücumun əsas səbəbkarları və ya hücumda əli olan digər şəxslərə qarşı qəti və qanuni şəkildə reaksiya verilməli olduğunu vurğulayırlar.
Cumhuriyyet.net xəbər verir ki, bu sözləri İranın Məhkəmə və Ədliyyə sisteminin sözçüsü Məsud Setayişi keçirdiyi mətbuat konfransında deyib.
“Geniş araşdırmalarla işin müxtəlif tərəfləri aydınlaşdırılmalı və Azərbaycan hökumətinin də əməkdaşlığı ilə hökm çıxarılmalıdır. Hələ də prosesdə eyni müttəhim var”, – o bildirib.
Qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu baş verib və səfirliyin təhlükəsizlik əməkdaşı qətlə yetirilib. İran terror hücumunu məişət səviyyəsində təqdim etməyə cəhd göstərərək, 5 aydır ki, yalançı araşdırma ilə əsl günahkarları gizlətməklə məşğuldur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192803

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031