Arda ilə bağlı bu xəbər İspaniyada gündəm oldu

05.07.2023 - 13:52

“Real” Türkiyə futbolunun gənc istedadı Arda Gülər üçün “Fənərbaxça”ya rəsmi təklif göndərib.

Cumhuriyyet.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Madridlilər 18 yaşlı futtbolçuya görə “Fənər”ə 20 milyon avro + bonuslar ödəməyə hazırdırlar. “Kral klubu”nun rəhbərliyi güman edir ki, bu məbləğ qarşı tərəfi razı sala bilər. Tərəflər arasında danışıqların artıq həlledici mərhələyə qədəm qoyduğu da bildirilir.

Qeyd edək ki, bu xəbər İspaniya mətbuatında gündəm olub. Ölkənin nüfuzlu nəşrləri “Real”ın transfer həmləsini günün əsas hadisəsi kimi qələmə veriblər.

Bunun əsas səbəbi isə “Barselona”nın da Arda Güləri heyətinə qatmaq istəməsidir. Bir neçə gün öncə Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta mətbuata açıqlamasında transferin bir neçə günə rəsmiləşəcəyini də bildirib. Ancaq madridlilərin gözlənilməz həmləsi “Barsa”nın planlarını alt-üst edib. Nəticədə İspaniyada bu gün üçün dərc olunan az qala bütün qəzetlərin manşetlərində Ardanın şəkli və bu xəbər yer alıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=192900

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930