Muğandan ABŞ-a çatan “İlkinliyin itməyən işığı”
İyunun 23-də Portlenddəki (ABŞ) Oreqon Müasir İncəsənət Mərkəzində Azərbaycanın əməkdar mədəniyyət işçisi və rəssam Sürəyya Muğanlının “İlkinliyin itməyən işığı” adlı fərdi sərgisi keçirilib.
Qeyd edək ki, 2019-cu il fevralın 1-də yaradılmış “Ta(r)dino 6” art-platforması beynəlxalq əhatəli Bakı təşəbbüsüdür. 2021-ci ildə platforma QHT statusu alıb. Fəaliyyət göstərdiyi dörd il ərzində platforma İtaliya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, Ukrayna və ABŞ-də uğurla tədbirlər keçirib. Bu dəfəki Sərginin kuratorları “Ta(r)dino 6” art-platformasının həmtəsisçiləri Əsli Səmədova və Azad Asifoviçdir.
Sürəyya xanımın xaricdə ilk fərdi sərgisini keçirmək ideyası ötən ilin payızında ABŞ-də “CEC ArtsLink International Fellowships” rezidenturasında olarkən yaranıb.
Sənətkarın özünəməxsus həyat hekayəsi və səmimiliyi dərhal yerli tamaşaçıların diqqətini cəlb edib. 2022-ci ilin sentyabrında Drezdendə də bu film “Ta(r)dino 6”nın bir digər beynəlxalq layihəsi çərçivəsində “Məclisi-Üns” (150 il əvvəl yaradılmış Xurşidbanu Natəvanın məşhur ədəbi salonu – red.) adlı, Azərbaycan və alman rəssamlarının birgə sərgisində Almaniya ictimaiyyətinə nümayiş etdiriləndə də eyni hadisə baş verib.
Sürəyya Muğanlının hekayəsi doğrudan da heç kəsi biganə qoya bilməz. Axı o, Azərbaycanın Saatlı rayonunda doğulub yaşayan, Saatlı Tarix-Diyarşünaslıq Muzeyinin əsasını qoyan və idarə edən, psixodelik aspektli introspektiv qrafika əsərləri yaradan rəssamdır. Sürəyya xanımın əsərlərində Cənubi Qafqaz mifologiyasına istinadlar, Asiya və Cənubi Amerikanın bütpərəst inanclarından ilhamlanan vizual sitatlar var. Onu əsərlərində insanın doğuluş anından ölüm anına qədər olan həyat yolu göstərilirdi. Rəssam iki kiçik nöqtə təsvir edir, bundan körpə yaranır. Sonra o, dünyaya gəlir və təmizliyi ilə saflığı vəhdət təşkil edir. Sonra özüylə ağır yük daşıyaraq uzun və mürəkkəb tikanlı həyatda bir çox sınaqlardan keçməli olur. Burada insanın başqa dünyaya keçməli olduğu yol təsvir edilmişdir. İnsanın özünün yaratdığı maneələr, fəlakətlər və müharibələr vasitəsilə keçən bu yola baxaraq, o, qanlı göz yaşlarıyla ağlamağa başlayır, yenidən uşaq paklığına qayıtmaq istəyir və o biri dünyaya da məhz belə paklıqla getmək, saf günəş şüaları ilə yenidən qayıtmaq istəyir.Digər rəsmində Sürəyya Muğanlı xeyirlə şərin mübarizəsini təsvir etməyə çalışmışdı. Başqa parçasında şərlə xeyirin mübarizəsini təsvir etməyə çalışmışdı. Bu rəsmdə mehribanlıqla assosiasiya edilən ağ fiqur arxadan qara şərlə sarılır və onların arasında əbədi mübarizə başlanır. Rəssamın fəlsəfi baxışına görə, nə olursa olsun, xeyir hər zaman şər üzərində qələbə çalacaq.
“Ta(r)dino 6” 2024-cü ildə İçərişəhərdəki məkanında Sürəyya Muğanlının fərdi retrospektiv sərgisini açmağı planlaşdırılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=193014