Hərbi polislərin təlim-metodiki toplanışı keçirildi

07.07.2023 - 13:52

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində təlim-metodiki toplanış keçirilib.

Nazirlikdən Cumhuriyyet.net-a verilən məlumata görə, Hərbi Polis İdarəsinin tabeliyindəki hərbi hissə komandirlərinin iştirakı ilə keçirilən toplanışda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplanışda cari ilin birinci yarımilində hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi və digər tapşırıqlar üzrə məruzələr dinlənilib, həmçinin növbəti tədris dövründə icra ediləcək tədbirlər barədə müzakirələr aparılıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun növbəti tədris dövrü ərzində xüsusilə azad edilmiş ərazilərdə hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılıb.

Sonda atəş hazırlığı üzrə nümayiş məşğələsi toplanış iştirakçılarına təqdim edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=193053

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930