Bloger Rüstəm Şahbazovun 12 hektarlıq torpaq sahəsini üzə çıxardı+ŞOK VİDEO
Bloger, rejissor Orxan Aslan Cəlilabad rayonunda ciddi araşdırma edib. Belə ki, o Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun zəbt etdiyi 12 hektarlıq torpaq sahəsini üzə çıxarıb.
Orxan Aslan deyib ki, torpaq sahəsinə Rüstəm Şahbazovun qardaşı Göytəpə şəhər Musiqi məktəbinin direktoru Vüqar Şahbazov nəzarət edir. Torpaq sahəsi hər il Maşlıq kənd sakini olan Ceyhun adlı şəxsə icarəyə verilir. Ceyhun bəy isə burda kartof əkir.
Bundan əlavə torpaq sahəsinin ətrafında torpağı olan vətəndaşlar Vüqar Şahbazovun qanunsuz olaraq insanların təsərrüfat üçün istifadə etdiyi yolu şumlatdırdığını bildiriblər. Orxan Aslan çəkiliş zamanı Vüqar Şahbazovu əraziyə dəvət etmək istəsə də o telefon zənglərinə cavab verməyib.
Onu da qeyd edək ki, Rüstəm Şahbazovun rayonda yaşayan qardaşı oğlu Rəşad Şahbazov jurnalist fəaliyyəti ilə məşğul olduğunu və məmur özbaşınalığından danışdığını deyir. Amma söhbət öz məmur əmisindən düşəndə susur. Biz artıq Rüstəm Şahbazovun Göytəpə şəhəri ərazisində yerləşən üzüm bağının da yerini aşkar etmişik. Növbəti yazımızda bu haqda məlumat verəcəyik.
Short URL: http://www.cumhuriyyet.net/?p=193307