Naxçıvanda yeni tibb müəssisələri yaradılıb

25.07.2023 - 17:14

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən muxtar respublikada səhiyyə xidmətləri sahəsində keyfiyyətin artırılması, idarəetmənin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində yeni tibb müəssisələri yaradılıb.

Cumhuriyyet.net  xəbər verir ki, yeni yaradılan Naxçıvan Muxtar Respublikasının QİÇS-lə Mübarizə Mərkəzi Naxçıvanda QİÇS-lə mübarizə sahəsində QİÇS-lə müalicənin əlçatanlığını və fasiləsiz təmin edilməsini nəzərə alaraq İİV-ə yoluxma hallarının azalması istiqamətində işlər aparmaq və QİÇS-ə yoluxmuş şəxslərin müalicəsini düzgün həyata keçirmək, İİV-lə yaşayan insanlara qarşı ayrıseçkilik hallarının qarşısının alınması üçün hər cür şəraitin yaradılması, QİÇS-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi məqsədilə yaradılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=193604

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728