Rusiyaya göndərilən 47 ton pomidor niyə geri qaytarıldı?

27.07.2023 - 16:16

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə istinadən bəzi kütləvi informasiya vasitələrində Rusiyaya ixrac olunan 47.2 ton pomidor və 14 ton çiyələk məhsulunun geri qaytarılması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

AQTA-dan Cumhuriyyet.net-ə verlən məlumata görə, qeyd edilən məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı nöqsan müəyyən olunmayıb.

“Uyğunsuzluq məhsulların etiket məlumatları ilə bağlı olub. Məhsul partiyaları geri qaytarıldıqdan sonra çiyələklə bağlı etiket məlumatlarındakı uyğunsuzluq aradan qaldırılaraq məhsullar iyulun 24-də yenidən Rusiyaya ixrac edilib. Pomidor məhsulu isə sahibkarlıq subyekti tərəfindən etiket məlumatlarındakı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra yenidən Rusiyaya ixracı həyata keçiriləcək”, – məlumatda bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193748

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930